Delaver çayı — ABŞ-ın Orta Atlantik bölgəsində yerləşən əsas çay. Şərqi Amerikada ən uzun, sərbəst axan (bəndsiz) çaydır. Çayın qollarının Nyu-York ştatının Hankok şəhərində birləşdiyi nöqtədən başlayaraq, Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Delaver ştatlarının sərhədləri boyunca 454 km məsafə qət edərək Delaver körfəzinə tökülür.

Çay Milli Yabanı Təbiət Federasiyası tərəfindən ölkənin "Böyük Suları"ndan biri kimi tanınmışdır və “American Rivers” təşkilatı tərəfindən "Şimal-şərqin Həyat Damarı" adlandırılmışdır. Çayın hövzəsi 35070 km² ərazini su ilə təmin edir və 17 milyon insan, o cümlədən Nyu-York şəhərinin yarısı Delaver akveduku vasitəsilə içməli su alır.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Nyu-York ştatının çayları Kateqoriya:Nyu-Cersi çayları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri