Tomas Vaşinqton Telli (;) — Fisk Universitetinin kimya professoru və Afrika-Amerika xalq mahnılarının kolleksiyaçısı. Erkən həyatı və təhsili Tomas Vaşinqton Telli 9 oktyabr 1868-ci ildə Tennessi ştatının Şelbivil şəhərində anadan olub. O, keçmiş kölələr Çarlz Vaşinqton və Lusinda Tellinin səkkiz uşağından biri olub.
Telli altı il dövlət məktəbində oxuduqdan sonra, təhsilini Tennessi ştatının Neşvill şəhərindəki Fisk Universiteti kollecində davam etdirib. Həmçinin, Fisk Universitetində bakalavr təhsilini başa vurduqdan sonra, burada 1893-cü ildə magistr dərəcəsini də əldə edib. 1888-ci ildən başlayaraq Fisk musiqi proqramında iştirak edən Tomas "Yeni Fisk Yubiley müğənniləri" və "Motsart cəmiyyəti", eləcə də "Fisk Birliyi Kilsəsi" ilə birlikdə oxuyub. O, həmçinin bir neçə mövsüm Fisk xoruna da dirijorluq edib.
Telli 1899-cu ildə Uolden Universitetindən elmlər doktoru dərəcəsi almışdır. Doktoranturasını bitirdikdən sonra Telli 1914-1916-cı illərdə Harvard Universitetinin aspirantura proqramlarında iştirak etməyə davam etdi, dissertasiyasını illər sonra Çikaqo Universitetində 1931-ci ildə, 61 yaşında müdafiə etdi. Dissertasiya işinin mövzusu "Bor hidridlərinin quruluşu ilə bağlı nəzəriyyələr" olub. Şəxsi həyatı 28 avqust 1899-cu ildə Ellen Yunis Roberts ilə evlənən Tomasın bu evlilikdən iki qız övladı dünyaya gəlib.
Maraqları Kimya Telli qaradərililərin təhsil aldığı bir neçə kollecdə: 1891-ci ildə Missisipi ştatının Lorman şəhərindəki Alcorn A&M Kolleci; 1893-cü ildə Florida ştatının Tallahassi şəhərindəki Florida A&M-də; 1900-cü ildə Alabama ştatının Taskiqi şəhərindəki Taskiqi Universitetində müəllim kimi çalışmışdır.
1903-1942-ci illərdə Telli Fisk Universitetində kimya və biologiyadan dərs demiş, həmçinin, 25 il Fiskdə kimya kafedrasına rəhbərlik etmişdir. Negro Folk Rhymes (Wise and Otherwise) Zənci müdrik kəlamları Telli ömrünün sonlarında kəndlərdə qaradərililərin xalq mahnılarını toplamağa başladı. Tellinin 1922-ci ildə nəşr olunan ilk toplusunda, Negro Folk Rhymes (Wise and Otherwise) 349 dünyəvi xalq mahnısı toplanmışdır. Afroamerikalı bir alim tərəfindən ərsəyə gətirilmiş ilk belə kolleksiya kimi məşhur olan kitab o dövrdə "o sahənin şah əsəri" kimi qəbul edilirdi. Bu, təkcə afro-amerikan dünyəvi xalq mahnılarının ilk toplusu deyil, həm də Tennessinin müxtəlif xalq mahnılarının toplusu idi. Negro Folk Rhymes1991-ci ildə yenidən nəşr edildi. Tellinin musiqi haqqında nəşr edilmiş digər əsərlərinə The Origin of Negro Traditions və A Systematic Chronology of Creation daxildir.
Negro Folk Rhymes-in nəşri afroamerikalı şeirlərinin öyrənilməsində dönüş nöqtəsi oldu. Kitabın nəşr edilməzdən əvvəl qaradərililərin folkloruna az diqqət yetirilirdi. Tellinin kitabı, Hovard Odam və Qay Consonun sonrakı kolleksiyası ilə birlikdə hər iki əsərə diqqət çəkdi.
İstinadlar