thumb|Gürcüstan Xalq Rəqs Ansamblının ifasında Horumi rəqsi right|thumb|Dənizçilər horumi rəqsini ifa edən gürcü rəqqasını izlərkən Horumi () — Gürcüstanın cənub-qərb bölgəsi, Acarıstan bölgəsində yaranan döyüş rəqsidir. Rəqs, əvvəllər yalnız bir neçə şəxs ilə ifa olunurdu. Zaman irəlilədikcə ifaçılarının sayı artdı. Horuminin bugünkü versiyasında isə 30-dan 40-a qədər rəqqas rəqsi ifa edə bilər. Rəqsdəki sadə, lakin fərqli hərəkətlər və ifaların dəqiqliyi izləyənlərə heyranlıq hissini verir. Horumi rəqsi 2013-cü ildə Gürcüstanın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Rəqsin ifaçılarının sayı dəyişsə də, rəqsin məzmunu yenə də eyni qalır. Rəqsdə ötən əsrlərin gürcü ordusu canlandırılır. Düşərgə salmaq üçün ərazi axtaran, düşmən düşərgələri axtaran bir neçə şəxs rəqsin ilkin "müqəddiməsini" gerçəkləşdirir. Rəqs sadə olsa da, lakin unikal hərəkətlərin məcmusudur. Daha sonra ordunu döyüş meydanına çağırırlar. Ordunun performansı olduqca möhtəşəm olur və əsl döyüş səhnəsini canladırır. Gürcü əsgərlərinin cəsarətini göstərən rəqs, həmçinin döyüş və qələbə mövzularını da ehtiva edir. Tarix boyu bir çox müxtəlif dövlətlərin hücumuna məruz qalan Gürcüstannın bu milli rəqsi, sülhün hökm sürməsi üçün müharibəyə hazır olmaq mövzusunu özündə cəmləşdirir.
Digər gürcü rəqslərindən fərqli olaraq, horumi polifonik xorlarla və ya alqışlarla müşayiət olunmur. Nağara və tulum musiqi alətləri horumini müşayiət edən iki əsas alətdir. Musiqi xüsusiyyətləri Adətən xor polifonik ifalar və əl çalma ilə müşayiət olunan gürcü ənənəvi rəqslərindən fərqli olaraq, horumi rəqsi adətən musiqi alətləri və əl çalmaqla müşayiət olunur. Nağara (doli) və tulum (çiboni) horumini müşayiət edən iki əsas alətdir. Horuminin digər unikal elementi beş beatmetrə (3+2) əsaslanan xüsusi ritmə malik olmasıdır. Həmçinin bax Gürcüstan xalq rəqsləri İstinadlar
Xarici keçidlər
Short description on the Georgian National Ballet website
Kateqoriya:Ölkələrinə görə rəqslər Kateqoriya:Türkiyə folkloru