Aelia Ariadne (Yunanca: Ἀριάδνη) ( – 515) — əvvəlcə Zenonun və sonra da I Anastasinin həyat yoldaşı olmuş Şərqi Roma imperatriçəsi. Ona, Şərqi Pravoslav Kilsəsində bir müqəddəs şəxs kimi hörmət edilir və hər il avqust ayının 22-də kilsə yad edilir.
Ailəsi
Ariadne I Leo və Verinanın qızı idi. Anası Basiliskusun bacısı idi.
Ariadnenin kiçik bacısı Leontia Asparın oğlu Patrisi ilə nişanlanmışdı. Nişanı çox güman ki, Aspar və Patrisinin digər oğlu Ardabur 471-ci ildə öldürüldükdən sonra ləğv edilmişdir. Leontia daha sonra imperator Anthemiusun oğlu Marcianla evlənmişdir. Cütlük 478-479-cu illərdə Zenoya qarşı müvəffəqiyyətsiz üsyana rəhbərlik etmişdirlər. Məğlubiyyətdən sonra hər ikisi İsauriyaya sürgün edilmişdirlər.Prosopography of the Later Roman Empire, vol. 2
Adı açıqlanmayan kiçik qardaşı 463-cü ildə anadan olmuşdur. O, doğulduqdan beş ay sonra vəfat etmişdir. Onun haqqında yeganə mənbələr Rhetoriusun ulduz falı və Stilit Danielin agioqrafiyasıdır.Prosopography of the Later Roman Empire, vol. 2
I Anastasinin imperatriçəsi kimi Dul qalmış Avqusta taxt üçün Zenonun varisini və özü üçün də saray məmuru olan (silentiarius) Anastasini, Zenonun qardaşı Longinusdan üstün tutaraq ikinci bir ər kimi seçə bilir. Anastasi aprelin 11-də imperator elan edilir və onlar mayın 20-də evlənirlər.Hugh Elton, "Anastasius (AD 491–518)" Onların bu evliliyindən uşaqları dünyaya gəlmir.
515-ci ildə Konstantinopolda vəfat edir və Müqəddəs Həvarilər kilsəsində dəfn edilir. Anastasi isə 518-ci ildə onun yanında dəfn edilmişdir.Hugh Elton, "Anastasius (AD 491–518)"
İstinadlar
Kateqoriya:Müqəddəs Həvarilər kilsəsində dəfn olunanlar Kateqoriya:450-ci illərdə doğulanlar Kateqoriya:Pravoslav müqəddəsləri Kateqoriya:VI əsr xristian müqəddəsləri