Zefir eksperimentiзакрепившаяся неточность перевода: в эксперименте использовался не зефир, а очень отдалённо на него похожее лакомство маршмэллоу, производимое по совершенно другой технологии из других ингрендиентов и имеющее другую консистенцию, вкус и способ употребления () 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində Stenford Universitetinin professorlarından olan, psixoloq Valter Mişelin rəhbərliyi altında aparılan bir sıra tədqiqatlardan biri idi. Bu tədqiqatlar zamanı eksperimentator qısa bir müddətlik (təxminən 15 dəqiqə) otağı tərk edir.Эксперимент, Настольный энциклопедический словарь Uşaqlar bu müddət ərzində səbirlə gözləyə bilsələr onlar 2 qat mükafat əldə edirlər. Gözləyə bilmədiklərində isə dərhal verilən kiçik bir mükafata sahib olurlar. Mükafat kimi uşaqlara peçenye, bretzel, şirni təklif olunurdu. Təcrübənin məğzi dərhal əldə edilən mükafatla, bir müddət sonra əldə edilən iki qat mükafat arasında seçimin təklif edilməsində idi. Sonrakı araşdırmalarda tədqiqatçılar ikiqat mükafatı gözləməyi bacaran uşaqların daha yaxşı yaşamağa meylli olduğunu aşkar etdilər. Bu nəticələr onların təhsil səviyyəsi, bədən kütləsi indeksi (BKİ) və digər həyati keyfiyyət göstəriciləri əsasında hazırlanmışdır.

İlkin eksperiment Eksperiment Trinidadda aparılmış əvvəlki tədqiqatların nəticəsi olaraq yaranmışdır. Bu zaman Mişel adada yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin ada sakinləri haqqında kontrastlı stereotiplərə malik olduqlarını müşahidə etmişdirlər.W. Mischel. (1958) Müxtəlif qrupların üzvləri hesab edirdilər ki, onlar ehtiyatsızlıq, özünü idarə etmə və əylənmək bacarığı kimi xüsusiyyətlərə görə bir-birindən çox fərqlənirlər. Bu kiçik (n = 53) tədqiqat Trinidaddakı bir kənd məktəbində hər iki cinsdən (35 qərbi hindistanlı və 18 hind-karibi()) olan 7-9 yaşlı uşaqlar üzərində aparılmışdır. Bu zaman uşaqlara dərhal 1¢ dəyərində konfet və ya bir həftə ərzində 10¢ dəyərində konfet əldə etmək təklif olunmuşdur. Mişel etnik qruplar arasında mühüm fərqlərin olduğunu, hindli uşaqların afrikalı tələbələrə nisbətən həzzi gecikdirmək qabiliyyətinin daha çox olduğunu bildirdi. Həmçinin böyük yaş fərqləri, yüksək və aşağı sosial-iqtisadi qrupların eksperimental seçimi üzrə müqayisəsi zamanı əhəmiyyətli bir fərq aşkar edilmədi. Atanın olmaması afrikalı qruplarda tez-tez təsadüf edilən bir hal idi və bu xüsusiyyət də aparılan təcrübələrə güclü təsir göstərirdi. Belə ki, tam ailədə böyüyən uşaqlar arzularını idarə etmək bacarığını daha yaxşı şəkildə nümayiş etdirirdilər.Исаак Ньютон (1687, 1713, 1726). «Математические начала натуральной философии», третья часть «Система мира». Перевод с латинского и примечания Крылов, Алексей Николаевич|А. Н. Крылова. М., Наука, 1989 г., 688 с ISBN 5-02-000747-1«scientific method», Oxford Dictionaries: British and World English, 2016, retrieved 28 May 2016

Stenford eksperimenti İlk Zefir testi 1970-ci ildə Stenford Universitetində Valter Misçel və Ebbe B. Ebbesen tərəfindən həyata keçirilmişdi.Mischel, Walter; Ebbesen, Ebbe B. (October 1970)

İlkin tədqiqatın məqsədi uşaqların həzzi gecikdirmək və ya istədiklərini əldə etmək üçün gözləmə qabiliyyətini nə qədər inkişaf etdirdiyini anlamaq idi. İlk eksperiment Stenford Universitetində yerləşən Bing Uşaq Məktəbində, 4-6 yaş arası uşaqlar üzərində aparılmışdı. Bu zaman uşaqları diqqəti yayındırmayan bir otağa aparırdılar və burada stolun üzərinə seçdikləri yemək (Oreo peçenye, zefir, simit) qoyulurdu. Tədqiqatçılar uşaqlara şirniyyatı dərhal yeməyə icazə verirdilər.М.-Л. А. Чепа, Н. М. Бугайова. Проблемы обеспечения валидности эксперимента в условиях виртуальной среды / Экспериментальный метод в структуре психологического знания. А ещё хочется сказать следующее: «Парни го в доту» — М., 2012. — С. 82-86. ISBN 978-5-9270-0248-1. Lakin, yemədən 15 dəqiqə gözləyə bilsələr mükafatı ikiqat artıracaqlarına söz verirdilər. Mişel bəzi uşaqların ləzzəti görməmək üçün əlləri ilə gözlərini bağladıqlarını və ya üzlərini çevirdiklərini, digərlərinin saçlarını dartdıqlarını və ya zefirlə oynadıqlarını bildirmişdir. Geri qalan uşaqların bir qismi isə tədqiqatçılar gedən kimi şirniyyatı tez bir zamanda yeyib bitirmişdirlər. Təcrübədə iştirak edən 600 uşaqdan çoxu şirniyyatı dərhal yedilər. İkiqat ləzzət almaq üçün gözləyə bilənlər isə təxminən iştirakçıların üçdə biri qədər idi. Gecikmiş həzz üçün müəyyənedici amil isə yaş idi.

Metod Təcrübə subyektləri Eksperiment zamanı subyekt olaraq Stenford Universitetinin Bing Uşaq Məktəbində oxuyan 16 oğlan və 16 qız uşağı seçilmişdi. Eksperiment başladıqdan sonra, üç iştirakçı təlimatları başa düşə bilmədiklərinə görə yarışdan kənarlaşdırıldı. Uşaqların yaş həddi 3 yaş 6 aydan 5 yaş 8 aya qədər (orta yaş 4 yaş 6 ay) idi. Səkkiz tədqiqatçı (4 kişi və 4 qadın) dörd eksperimental şəraitə təyin edildi. Təcrübəçilərin cinsindən və şəraitdən asılı olaraq hər bir təcrübəçi iki oğlan və iki qızı sınaqdan keçirdirdi.

Şərtlər Dərhal və sonradan veriləcək mükafatlar uşağın qarşısına qoyulurdu. Müşahidə dərhal başlanılırdı. Hər iki mükafat uşaqdan gizlədilmişdi. Uşaq yalnız ikiqat (gecikmiş) mükafatı görə bilirdi. Uşaq yalnız adi (dərhal veriləcək) mükafatı görə bilirdi.

Sonrakı tədqiqatlar Sonrakı araşdırmalarda Mişel zefir testinin nəticələri ilə uzun illər sonra uşaqların həyatdakı uğurları arasında gözlənilməz korrelyasiya tapdı. 1988-ci ildə aparılan ilk tədqiqat göstərdi ki, həzzi gec almağı gözə alan məktəbəqədər yaş dövründə olan uşaqlar 10 ildən sonra digər yeniyetmələrə nisbətən daha bacarıqlı oldular.

1990-cı ildə aparılmış ikinci araşdırma, həzzi gecikdirmə qabiliyyətinin daha yüksək SAT balları ilə də əlaqəli olduğunu aşkar etdi.

2011-ci ildə eksperiment iştirakçılarının orta yaşa çatdıqda beyinlərinin tomoqrafik tədqiqatları aparıldı. Uzun müddət gözləyənlərlə qısa müddət gözləyənlər arasındakı əsas fərqlər prefrontal korteks və ventral striatum sahələrində idi.

2018-ci ildə Tayler Uotts və həmfikirləri dərc etdikləri tədqiqatda eksperimentə qarşı çıxdıqlarını irəli sürdülər. Müəlliflərin arqumentasiyası ondan ibarət idi ki, ilkin eksperiment universitet əməkdaşlarının uşaqları arasında həyata keçirilmişdi. Lakin, Uotts bu eksperimenti irqi və gəlir baxımından bir-birindən fərqlənən 900 uşağın üzərində aparmışdır. Daha sonra ailənin rifahının həm iradə gücünə, həm də müvəffəqiyyətə təsir etdiyi müəyyən edildi. Burada məsələ ondan ibarət idi ki, kasıblar üçün «sonra» ola bilərdi ki, olmasın. Varlılar üçün isə eksperimentdəki mükafat əhəmiyyətsiz bir mükafat idi. Onların evlərində mükafatdan daha yaxşıları var idi.

2019-cu ildə bu eksperiment yenidən təkrarlanmış və o, ilk eksperimentin nəticələrini təsdiqləmişdi. Belə ki, sonuncu eksperiment 2018-ci il eksperimentinə qarşı olan arqumentləri təkzib etmişdir.

İstinadlar

Keçidlər

Kateqoriya:Psixoloji təcrübələr Kateqoriya:Stenford Universiteti Kateqoriya:Elmi metod