Havana sindromu, həmçinin Anomal Sağlamlıq Hadisələri (ASH) — mübahisəli tibbi vəziyyət. Bu sindrom tibbi icma tərəfindən rəsmi olaraq bir xəstəlik kimi tanınmır.

Tədqiqatlar Dövlət Departamenti (2018), Pensilvaniya Universiteti (2018), FBI-nın Davranış Təhlili Şöbəsi (2018), JASON (2018 və 2022), Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri (2019), Müdafiə Departamenti (2020), Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) (2020), Elmlər, Mühəndislik və Tibb Milli Akademiyaları (NASEM) (2020), Kuba Elmlər Akademiyası (2021), Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) rəhbərliyi altında yeddi kəşfiyyat qurumu (2023) və Milli Səhiyyə İnstitutu (NIH) (2024) tərəfindən Havana sindromu ilə bağlı araşdırmalar aparılmışdır. Bu araşdırmalar nəticəsində sindromun səbəbi dəqiq müəyyən edilməmişdir. Araşdırmaçılar enerji silahları və sosial-psixoloji məsələləri mümkün səbəblər kimi nəzərdən keçirmiş, lakin zəhərli kimyəvi maddələr və yoluxucu xəstəliklərin səbəb olması ehtimalını az hesab etmişlər.

Sindrom Havana sindromu başgicəllənmə, baş ağrıları, ağrı və kognitiv problemlər kimi müxtəlif simptomlarla xarakterizə olunur. Bu vəziyyət Beynəlxalq Xəstəliklərin Təsnifatı diaqnostik təlimatında tanınan bir xəstəlik deyil. Təsirlənən şəxslər nevroloji simptomların qəfil başlanğıcı ilə qarşılaşmış və əksəriyyəti qıcıqlandırıcı, tıqqıltı və ya kəskin səslər kimi lokalizə edilmiş yüksək səslər hiss etdiklərini bildirmişlər. Görmə pozğunluqları, başda təzyiq və ya vibrasiya hissi, qulaq ağrısı, yayılmış baş ağrısı, unutqanlıq və zəif konsentrasiya kimi kognitiv problemlər də yayılmış simptomlar arasındadır. Bəzi hallarda tinnitus, eşitmə itkisi, başgicəllənmə və qeyri-sabit yeriyiş müşahidə edilmişdir.

Səbəblər 2024-cü ildə Konnoli və əməkdaşlarının araşdırmasında ASH-lərin səbəbinin hələ də naməlum olduğu vurğulanmışdır. Məqalədə kütləvi psixogen xəstəlik və baş travması kimi bir neçə mümkün səbəb müzakirə edilsə də, konkret bir səbəb dəstəklənməmişdir. 2023-cü ildə Bartolomey və Beylo tərəfindən aparılmış bir araşdırma isə ASH-lərin kütləvi psixogen xəstəlik nümunəsi olduğu qənaətinə gəlmişdir. Müəlliflər bu sindromu ABŞ-nin ruslar və ya kubalılar tərəfindən hücuma məruz qalacağı qorxusuna əsaslanan mənəvi panikanın nəticəsi kimi qiymətləndirmişdir.R. Douglas Fields, 2024. "Why the Havana Syndrome Happened," International Journal of Social Psychiatry, vol. 70(6), pages 1013–1015, September.

Müalicə Havana sindromunun müalicəsi əsasən simptomatik yanaşmalara əsaslanır. Xəstələrə tibbi dəstək və psixoloji yardım göstərilir. Müəyyən hallarda kognitiv davranış terapiyası və ya digər psixoterapiya üsulları tətbiq edilir.

İstinadlar

Kateqoriya:2016-cı ildə Kuba Kateqoriya:Səbəbləri_bilinməyən_sindromlar Kateqoriya:Kütlə psixologiyası Kateqoriya:ABŞ–Rusiya münasibətləri Kateqoriya:Kanada–Rusiya münasibətləri Kateqoriya:ABŞ–Kanada münasibətləri