Tövhidə xanım (; ) — I Misir xidivi Kavalalı İsmayıl Paşanın qızlarından biri.
2 avqust 1850-ci ildə Qahirədə dünyaya gəldi. Atası xidiv İsmayıl Paşa, anası isə onun xanımlarından Şöhrətfəza xanımdır. 1867-ci ildə nənəsi Hoşyar Qadınla birlikdə İstanbula səyahət etdi və burada Sultan Əbdüləzizin fəxri qonaqları oldu. Bu ziyarət əsnasında Sultan Əbdüləziz onunla evlənmək istəsə də, sədrəzəm Fuad Paşa buna qarşı çıxdı və bu səbəblə vəzifəsindən alındı.
Özü kimi Kavalalı ailəsinə mənsub olan (Mehmed Əli Paşanın bacısı Zübeydənin şəcərəsindən) Mənsur Yeqen Paşa ilə 1869-cu ilin aprelində Abidin sarayında evləndirildi. Ərindən yaşca çox kiçik olmasına baxmayaraq xoşbəxt bir evlilik yaşayan Tövhidə xanımın bu nigahdan 4 övladı dünyaya gəldi.
Qədri bəy, gənc yaşlarında vəfat etdi. Səniyə xanım, Kavalalı Davud Paşayla evli olub, 4 oğlu vardı. Behiyə xanım, 1892-ci ildə Misir kralı I Faruqun naiblərindən Əziz İzzət Paşayla evləndirildi, 3 övladı vardı. Ayşə xanım (1893-1945) 1912-ci ildə Kavalalı Həsən Paşayla evləndirilsə də, 1927-ci ildə boşandılar. Məhəmməd bəy Abdullah bəy Şahidə xanım
3 oktyabr 1888-ci ildə Qahirədə vəfat etdi. 27 sentyabr 1878-ci ildə ikinci dərəcəli Osmanlı Şəfqət nişanıyla mükafatlandırılmışdı.Öztürk, D. (2020). "Remembering" Egypt's Ottoman Past: Ottoman Consciousness in Egypt, 1841-1914. Ohio State University. pp. 72–73
İstinadlar
Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri