Cavanşir Məmməd oğlu Novruzov () — hücumçu mövqeyində çıxış etmiş SSRİ və Azərbaycan futbolçusu. Məşqçi. SSRİ idman ustası (1991), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2021).

Klub karyerası 29 avqust 1959-cu ildə Ağdamda anadan olmuşdur. Uşaqlıqdan futbola marağı olub. 6-cı sinifdə oxuyanda məktəbin həyətində futbol oyunu zamanı Adil Nadirov onu görmüş və öz idman məktəbinə dəvət etmişdir.

1979-cu ildə Almaniyaya hərbi xidmətə yollanıb. Orada da futbol fəaliyyətini davam etdirib. Hərbi xidmətdən qayıtdıqdan sonra 3 ay Ağdamda futbol oynayıb. Buradakı çıxışı zamanı onu Mingəçevirin "Avtomobilçi" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər. 1981-1982-ci illərdə "Avtomobilçi"nin heyətində çıxış edib.

Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu zamanı "Neftçi"nin baş məşqçisi Kazbek Tuayev Novruzovun oyununu bəyənib və beləliklə, o, 1983-cü ildən "Neftçi"nin üzvü olub. Lakin komandanın əsas heyətində forma geyinmək şansı qazana bilməyib və yalnız klubun əvəzedici heyətində oyunlar keçirib.

1984 mövsümündə Stepanakertin "Qarabağ" komandasının heyətində SSRİ ikinci liqasında 13 görüş keçirib. Növbəti mövsümü Gəncə "Dinamo"sunda forma geyinib. Gəncəlilərin heyətində 10 oyunda meydana çıxıb. 1986-cı ildə Əli Rəhmanovun dəvətilə "Araz-Naxçıvan"a keçib. Burada 26 oyuna 12 qol vuraraq komandasının ən məhsuldar oyunçusu olub. 1987 mövsümündə Qazaxın "Göyəzən" komandasının heyətidə 23 oyun keçirib, 4 qol vurub.

1988-ci ildə Ağdamın "Qarabağ" komandasının heyətində Azərbaycan SSR çempionatının qalibi olur. İki il sonra komanda eyni uğuru təkrarlamağı bacarır, həmçinin Azərbaycan SSR kubokunu da əldə edir. 1993-1994 mövsümü istisna olmaqla, 1998-ci ilədək "Qarabağ"da çıxış edib.

Məşqçilik karyerası 1997-1998-ci illərdə "Qarabağ" klubunun baş məşqçisi olub. Ağdam təmsilçisi onun rəhbərliyi altında çempionatı dördüncü yerdə bitirib, ölkə Kubokunun finalında isə "Kəpəz"ə məğlub olub.

2007-2010-cu illər aralığında "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovun yanında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

2010-cu ildən 2019-cu ilə kimi seleksioner məşqçi kimi çalışıb.

Nailiyyətləri Futbolçu kimi Qarabağ Azərbaycan SSR çempionu: 1988, 1990 Azərbaycan SSR Kubokunun qalibi: 1990 Azərbaycan çempionatının gümüş mükafatçısı: 1996/1997 Azərbaycan Kuboku finalçısı: 1995/1996, 1997/1998

Məşqçi kimi Qarabağ Azərbaycan Kuboku finalçısı: 1997/1998

Dövlət mükafatları SSRİ idman ustası: 1991 Azərbaycan Respublikasının Əməkdar məşqçisi: 2021

İstinadlar

Xarici keçidlər "İşləyən adam 100 manat, işləməyən 500 manat maaş alır" - Müsahibə Qol.az

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Qarabağ Xankəndi FK futbolçuları