Mayor sinaqoqu və ya Mayorka sinaqoqu () — Türkiyə, İstanbul, Bəyoğlunun Hasköy səmtində yerləşən keçmiş yəhudi icması və sinaqoqdur. XIX əsrdə tamamlanan binadan 1923-cü ilə qədər sinaqoq kimi istifadə edilmişdir. Tarixi Tarixçi Lorans Tanatar Baruhun sözlərinə görə, sinaqoq Bizans dövründə tikilib və ətrafdakı ən böyük sinaqoq olduğuna görə Mayor adlandırılıb. Başqa bir tarixçi isə sinaqoqun 300-500 il əvvəl Mayorkadan olan yəhudilər tərəfindən tikildiyini iddia edir.

Sinaqoq binası hazırda anbar, emalatxana və bilyard salonu kimi istifadə olunur. 2009-cu ilin sentyabrında rəssam Serj Spitzer "Molekular Istanbul” instalyasiyası üçün bu yeri seçib.

Həmçinin bax İstanbuldakı sinaqoqların siyahısı Türkiyədə yəhudilərin tarixi İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə sinaqoqları Kateqoriya:Türkiyədəki Bizans memarlığı