Əlirza Balayev (tam adı:Balayev Əlirza Məmməd oğlu; ) — Azərbaycan Respublikası əməkdar jurnalistiZərdabinin heykəli… "LaQuzu" önündə — Əlirza Balayev yazır
Həyatı 6 yanvar 1944-cü ildə Bakı şəhərində anadan olub. Ali. S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (hazırkı Bakı Dövlət Universiteti) Azərbaycan KP MK yanında Marksizm-Leninizm İnstitutu, İstanbul Universiteti İşlətmə İnstitutunun birillik menecer kursunu bitirib. Təhsillə yanaşı, Bakının Orconikidze (indiki Suraxanı) rayonundakı 23 nömrəli fəhlə-gənclər məktəbinin rus bölməsində Azərbaycan dili müəllimi işləmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş Redaksiyasında Sözlük və elmi nəzarət redaksiyasının elmi redaktoru vəzifəsində çalışmışdır. O "Savalan" qəzetinin təsis etdiyi "Ayulduz" kiçik müəssisəsinin direktoru vəzifəsini icra etmişdir.
Fəaliyyəti
Mətbuat fəaliyyəti 1996–2008: "Elm və həyat" nəşriyyatı, baş redaktor 1994–1996 "Bakı post" qəzetinin redaksiyası, baş redaktor 1993–1994: "Bakının səsi" qəzetinin redaksiyası, baş redaktor 1991–1994: "Savalan" qəzetinin redaksiyası, baş redaktor 1987–1991: "Azərbaycan pioneri"- " Пионер Азербайджана" qəzetinin redaksiyası, baş redaktor 1973–1987: "Azərbaycan gəncləri" qəzeti redaksiyası, baş redaktor müavini 1968–1973: Azərbaycan LKGİ Mərkəzi Komitəsi, Təbliğat və kütləvi işlər şöbəsi: təlimatçı, sektor müdiri, şöbə müdirinin müavini 1966–1968: Azərbaycan Sovet Ensiklopediyasının Baş refaksiyası, elmi redaktor 2008 — "Xəzər Xəbər" jurnalının redaksiyası, baş redaktor müaviniƏlirza Balayev
Mükafatları 1979-cu ildə Azərbaycan mətbuatı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanını almışdır. 1988-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Jurnalisti" fəxri adına layiq görülmüşdür. 1993-cü ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" və "Araz" Ali Ədəbi mükafatlarının laureatıdına layiq görülüb. 2011-ci ildə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan mediasının inkişafındakı üzünmüddətli xidmətlərinə görə" diplomu ilə təltif olunub. 2015-ci ildə "Qafqaz-Media" İctimai Birliyinin "Ustad jurnalist" diplomu ilə təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Əlirza Balayevin 80 illik yubileyi