Evan Tomas Piters () — ABŞ aktyoru. O, aktyorluq debütünü 2004-cü il istehsalı dram filmi "Clipping Adam" ilə etmişdir. 2005–2006-cı illərdə "ABC" televiziyasının "Invasion" teleserialında rol alıb. O, ən çox Rayan Mörfinin yaratmış olduğu "FX"də efirə girən "Amerikan qorxu hekayəsi" teleserialındakı obrazlarına görə tanınır.
O, "HBO"nun 2021-ci ildə istehsal etdiyi cinayət janrında olan "Mare of Easttown" miniserialında detektiv rolunda oynayıb. Belə ki, o, ifasına görə "Praymtaym Emmi"nin "Ən yaxşı ikinci dərəcəli rol" nominasiyası üzrə mükafata layiq görülüb. 2022-ci ildə Rayan Mörfinin yaradıcısı olduğu və Netflix-in rəhbərliyi ilə istehsal olunan "Dahmer – Monster: The Jeffrey Dahmer Story" serialında baş rol ifaçısı olub. Bu serial məşhur amerikalı seriyalı qatil-seksual manyak Cefri Damerin həyatı haqqında çəkilib. Bu serialdakı çıxışı ona 2023-cü ilin yanvarında "Ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatı qazandırıb.
Evan həmçinin superqəhrəman filmlərində də rol alıb. 2010-cu ildəki "Payını ver"də kiçik rol oynayıb. 2014–2019-cu illərdə çıxan Marvel-in "İks-adamlar" filmlər silsiləsində Civə (Piter Maksimoff)-ni canlandırıb. 2018-ci ildə "American Animals" filmində üsyankar tələbə rolunda çıxış edib və bu ifasına görə "Ən yaxşı ikinci dərəcəli rol" nominasiyası üzrə "BIFA" mükafatı alıb.
Həyatı 20 yanvar 1987-ci ildə Missuri ştatının Sent-Luis şəhərində doğulub. Atası "Charles Stewart Mott Foundation" administrasiyasının vitse-prezidentidir. Alman mənşəlidir. Roma katolikliyini etiqad edən bir ailədə böyüyüb. Təhsilini katolik ibtidai məktəbində almışdır. Endrü (Andrew) adlı qardaşı və Mişell (Michelle) adlı ata tərəfdən ögey bacısı var. O, 2001-ci ildə ailəsi ilə birlikdə Miçiqan ştatının Qrand-Blank şəhərinə köçüb. Burada modelliyə maraq göstərmiş, eyni zamanda aktyorluq dərsləri də almışdır. 15 yaşında ikən bu sahədə karyera qurmaq üçün anası ilə Los-Ancelesə daşınıb.
Şəxsi həyatı Evan 2012-ci ildə "Yetkinlər dünyası" filminin çəkilişləri zamanı tanış olduğu aktrisa Emma Robertslə romantik münasibətə başlayıb. Cütlük 2013-cü ilin iyulun 7-də Kanadanın Monreal şəhərində qaldıqları bir oteldə gecə saat 2:00 radələrində yüksək səslə mübahisə ediblər. Onları eşidən bir nəfər bu barədə polisə məlumat verib. Şahidlər və ikisi ilə danışdıqdan sonra Roberts saxlanılıb. Bildirilib ki, mübahisə zamanı Pitersin burnu qanayıb və hətta üzərində dişləmə izləri olub. Piters Robertsə qarşı ittiham irəli sürməməyi seçib və buna görə Roberts bir neçə saatdan sonra sərbəst buraxılıb. Onlar münasibətlərini 2019-cu ilə qədər davam etdiriblər.
Piters elə həmin ildən 2020-ci ilin martınadək müğənni Holzi ilə romantik münasibətdə olub.
Filmoqrafiya Filmlər İl Ad Rol Qeydlər 2004 Clipping Adam Adam Sheppard Sleepover Russell "SpongeBob" Hayes 2007 An American Crime Ricky Hobbs Mama's Boy Keith Titrlərdə yoxdur 2008 Remarkable Power Ross Gardens of the Night Brian / Rachel Never Back Down Max Cooperman 2010 Payını ver Todd Haynes 2011 Never Back Down 2: The Beatdown Max Cooperman Queen Frat Guy Qısametrajlı film The Good Doctor Donny Nixon 2014 Yetkinlər dünyası Alex X adamlar: Gələcəyin keçmiş günləri Piter Maksimoff / Civə 2015 The Lazarus Effect Clay Safelight Charles 2016 Elvis & Nixon Dwight Chapin X-Men: Apocalypse Piter Maksimoff / Civə 2017 The Pirates of Somalia Jay Bahadur The Accomplice Randy Qısametrajlı film 2018 American Animals Warren Lipka Dedpul 2 Piter Maksimoff / Civə Kameo 2019 Qara simurq I Am Woman Jeff Wald 2023 Wish Simon Səs rolu 2025 Tron: AresJulian Dillinger
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları