Rajva əl-Saif () və ya sonradan Rajva əl-Hüseyn (; ) — İordaniya taxt-tacının vəliəhdi Hüseyn ibn Abdullahın xanımı, İordaniya şahzadəsi.
1994-cü ildə ər-Riyadda dünyaya gəldi. Atası Səudiyyəli iş adamı Xalid əl-Saifdir. Anası Əzizə əl-Sudairi isə hazırkı Səudiyyə kralı Salman ibn Əbdüləzizin anasıyla eyni ailəyə mənsubdur. Orta təhsilini Riyadda tamamladıqdan sonra ABŞ-a göndərildi və burada 2017-ci ildə Sirakuz Universitetinin memarlıq fakültəsindən məzun oldu. Ana dili olan ərəbcəylə yanaşı, ingilis və fransız dillərini bilir. left|thumb|209x209px|Toy mərasimi, iyun 2023
Ailəsi
17 avqust 2022-ci ildə İordaniya kral sarayından yayılan xəbərə görə, kral II Abdullah və kraliça Raniyənin böyük oğlu vəliəhd Hüseyn ibn Abdullahla nişanlanmışdır. Nişan mərasimi Rajvanın atasının Riyaddakı evində baş tutdu. Mərasimə İordaniya kralı və kraliçası, bəzi kral ailəsi üzvləri və əl-Saif ailəsindən bəzi şəxslər qatıldı. Cütlük 1 iyun 2023-cü ildə Ammandakı Zəhran sarayında evləndi. Cütlüyün ilk övladı İman bint Hüseyn isə 3 avqust 2024-cü ildə Ammanda dünyaya gəldi.
İstinadlar