Aişə bint Hüseyn (; ) — İordaniya kralı I Hüseynin qızlarından biri.

1968-ci ildə Ammanda əkiz bacısı Zeyn ilə birlikdə dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun ingilis əsilli ikinci xanımı kraliça Muna əl-Hüseyndir. İlk təhsilini İordaniyadakı Amerikan məktəbində aldı. Ardından ABŞ-a göndərildi və 10 il boyunca burada təhsilini davam etdirdi. 1986-cı ildə Birləşmiş krallıqda hərbi akademiyaya daxil oldu və ertəsi il zabit ünvanı aldı. Bu akademiyaya daxil olan ilk Ön Asiyalı qadındır. Daha sonra Oksforddakı Pembrok Kollecində Ön Asiya tarixi və siyasəti ixtisası üzrə dərslər aldı. 2010-cu ildə Vaşinqtondakı Beynəlxalq Müdafiə Universitetində Strateji Təhülkəsizlik üzrə magistr dərəcəsi aldı.

İordaniya ordusunda general-mayor rütbəsinə yüksələn Aişə bint Hüseyn Ön Asiyada ilk peşakar qadın paraşütçüdür. Hal-hazırda İordaniyanın ABŞ səfirliyində müdafiə attaşesi olaraq fəaliyyət göstərir.

Ailəsi İlk evliliyi 1990-cı ildə Zeyd Sadəddin Cüməylə baş tutdu. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, 2006-cı ildə boşandılar. Oğlu Aun Cümə də özü kimi Birləşmiş Krallıqdakı hərbi akademiyada təhsil almaqdadır.

Aun Cümə (27 may 1992-) Muna Cümə (18 iyul 1996-)

İkinci evliliyi isə 27 yanvar 2016-cı ildə əslən misirli olan Kanadalı biznesmen Əşrəf Banayotiylə baş tutdu. Ancaq cəmi 6 ay sonra 2016-cı ilin iyulunda cütlük boşandı.

İstinadlar

Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri