Fransa kəsilmiş qulaqlı dövşanı () – ev dovşanı növü. Fransada XIX əsrdə İngiltərə kəsilmiş qulaqlı dövşanı və Flandriya nəhəngi cinslərinin selektiv yetişdirilməsi nəticəsində yaranmışdır. Fransa kəsilmiş qulaqlı dövşanı İngiltərə kəsilmiş qulaqlı dövşanına bənzəsə də, daha böyük bədən quruluşuna malikdir və qulaqları daha qısadır. Bu cins, ABŞ Dovşan Yetiştiriciləri Assosiasiyası (ARBA) və Britaniya Dovşan Şurası (BRC) tərəfindən tanınır.
Taksanomiya Bu cins "Oryctolagus" cinsinə aiddir ki, bu cinsdə ümumilikdə 305 ev dovşanı növü daxildir. Bütün ev dovşanları vəhşi Avropa dovşanı ilə ortaq bir mənşəyə sahibdirlər. "Oryctolagus" sözü yunan dilində "torpağa qazılmış" və "çuval" mənalarını verən "oryktos" və "lagos" sözlərindən yaranıb.
Tarixi Fransa kəsilmiş qulaqlı dövşanı ilk dəfə 1850-ci illərdə Fransada ətlik dovşan kimi yetişdirilməyə başlanmışdır. Yeni yaradılan bu cins yaxın ölkələrdə də populyarlaşmış və 1933-cü ildə Niderlanddan 10 nümunə Birləşmiş Krallığa sərgi məqsədilə ixrac edilmişdir. 1960-cı illərdə bu cins Birləşmiş Krallıqda geniş yayılmağa başlamış, 1970–1971-ci illərdə isə ABŞ-yə gətirilmişdir.
Görünüşü Fransa kəsilmiş qulaqlı dövşanının qulaqları adətən 12–20 sm uzunluğunda olur və çənəsinin altına qədər sallanır. Bədəni güclü və möhkəm, başı isə böyükdür. Erkək dovşanların başı daha yuvarlaq, dişilərin başı isə daha iti olur. Onların ön ayaqları qısa və düz, arxa ayaqları isə bədənə paralel olur. Sıx və yumşaq tükləri var və ən çox qara, şinşilla, qəhvəyi və digər qarışıq rənglərdə olur. Çəkiləri 5–9 kq arasında dəyişir və ortalama ömürləri 5–7 il arasında olur. Bu növün ən böyük nümayəndəsi "Humphrey" adlı dovşandır. O, təxminən 107 sm uzunluğunda və 12,7 kq çəkiyə sahib olub.
Davranışı Fransa kəsilmiş qulaqlı dövşanı, digər cinslərlə müqayisədə daha iri olduğu üçün geniş yaşam sahəsinə ehtiyac duyur. Onlar nə açıq havada, nə də dar qəfəsdə yaxşı yaşaya bilərlər. Sakit və mehriban xarakterə malikdirlər, hətta pişiklər, itlər və kiçik uşaqlarla yaxşı əlaqələr qura bilirlər. Lakin, bu növ, ilk dəfə dovşan sahibi olacaq şəxslər üçün tövsiyə edilmir, çünki onların idarə edilməsi çətin ola bilər. Güclü arxa ayaqları səbəbindən qeyri-ixtiyari olaraq sahiblərinə zərər verə bilərlər. Cütləşmə dövründə isə aqressiv ola bilərlər. Adətən 9-cu ayından sonra cinsi yetkinliyə çatırlar.
İstinadlar
Kateqoriya:Dovşanlar