Boris Breyxa () — alman DJ və musiqi prodüseri. O, musiqi üslubunu "high-tech minimal" kimi təsvir edir. Onun üslubu müntəzəm olaraq DJ Umek və Solomun kimi tanınmış adlarla müqayisə olunur.
Breyxa müntəzəm olaraq Venesiya karnavalı dizaynından ilhamlanan joker maskası taxır. O, dünya üzrə Tomorrowland və Coachella kimi festivallarda və klublarda çıxış etmişdir. 2015-ci ildə Ann Clue və Deniz Bul ilə bərabər "Fckng Serious" leyblini yaratmışdır. 2019-cu ilin avqust ayında o, ilk dəfə "Hï Ibiza" klubunda "İbizada" çıxış etmişdir.
24 yanvar 2020-ci ildə Breyxa "Ultra Records" leyblından "Space Diver" adlı altıncı albomunu buraxmışdır. 2021-ci ildə DJ Magın "Top 100 DJs" siyahısında 42-ci yeri tutmuşdur.
Şəxsi həyatı
Boris Breyxa 1981-ci ildə Almaniyanın Lüdviqshafen şəhərində anadan olmuşdur. Altı yaşında o, Ramstein hava şousunda baş verən fəlakətdə ağır yanıqlar almış və aylarla xəstəxanada qalmalı olmuşdur. Bu haqda bir müsahibəsində Boris demişdir:
"Bu, həyatımda xüsusi bir hadisə idi. Tək idim, kiçik bir uşaq idim və çox ekstremal bir situasiyada idim."
40 yaşında olsa da, hələ də ciddi yanıq izlərini daşıyır. Sinif yoldaşları tərəfindən ələ salındığı üçün Boris özünə qapanmış və musiqiyə olan marağını kəşf etmişdir. Orta məktəbdə bir sinif yoldaşı "Thunderdome" albomu gətirəndə Boris bu janrı öyrənmək arzusuna düşmüşdür. 12 yaşında elektron musiqi istehsal etməyə başlamış və bunu hobbiyə çevirmişdir.
2006-cı ildə Boris ilk buraxılışlarını həyata keçirmiş və Braziliyada keçirilən Universo Paralello Festivalında ilk peşəkar çıxışını reallaşdırmışdır. O vaxtdan bəri maskası onun ayrılmaz simvoluna çevrilmişdir. Braziliya karnavalından ilhamlanaraq Joker maskasını öz üslubunun bir parçası olaraq seçmişdir.
Boris bütün vaxtını musiqiyə həsr etməyə başlamış və "High-Tech Minimal" adlandırdığı janrı yaradaraq musiqisinə ad vermişdir. O, Autist Records və Harthouse kimi leyblərdən albomlarını buraxmış, "Raveline" musiqi jurnalı tərəfindən 2007-ci ildə "Fövqəladə istedad" elan edilmişdir.
Diskoqrafiya
Albomlar 2007: Die Maschinen Kontrollieren Uns 2007: Die Maschinen sind Gestrandet 2008: Mein Wahres Ich 2010: My Name Is 2011: My Name Is – The Remix 2013: Feuerfalter – Part01 2014: Feuerfalter – Part02 2014: Feuerfalter – Special Edition 2016: 22 2016: DJ Mixes Single Track 2020: Space Diver 2020: Livestream Mix (Mixed) 2021: Never Stop Dancing 2024: Level One
Sinqllar 2006-cı ildən başlayaraq Boris Breyxa bir çox tanınmış sinql buraxmışdır, məsələn:
Monster (2006) Yellow Kitchen (2006) White Snake (2007) Never Look Back (2019) Violet Pill (2020) Exit (2021) Matrix (2021) Space X (2023)
İstinadlar
https://www.borisbrejcha.de/ https://www.beatport.com/artist/boris-brejcha/28795 https://open.spotify.com/playlist/37i9dQZF1E4qKmXOVrQ2OE https://djmag.com/top100djs/2021/42/Boris-Brejcha https://mixmag.net/read/brunch-electronik-festival-2024-line-up-black-coffee-fatboy-slim-jayda-g-news https://mixmag.net/read/untold-festival-announces-next-wave-of-artists-to-its-2023-line-up-1-news https://mixmag.net/read/time-warp-announces-line-up-2023-germany-mannheim-news https://mixmag.net/read/cyprus-beon1x-releases-festival-line-up-news https://mixmag.net/feature/boris-johnson-quits-pm-celebrate-tracks-soundtrack https://mixmag.net/read/dimitri-vegas-like-mike-claptone-atb-untold-2022-line-up-news https://mixmag.net/read/offsonar-parties-barcelona-2022-news https://mixmag.net/feature/metaverse-roblox-first-ever-club-boris-brejcha-gaming-culture-tech https://mixmag.net/read/kappa-futur-announces-this-years-full-line-up-of-big-names-news https://mixmag.net/read/untold-festival-releases-its-2022-line-up-news https://mixmag.net/read/discokid-in-the-lab-goa-dj-lab https://mixmag.net/read/boris-brejcha-hi-ibiza-brandedcontent-news https://www.songkick.com/artists/2440401-boris-brejcha
Xarici keçidlər
Rəsmi veb saytı Facebook Instagram https://ra.co/dj/borisbrejcha