Baqrat Vasilieviç Şinkuba (; ) — Sovet abxaz nasiri, şairi, dövlət xadimi, Abxaziya MSSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1978). Sosialist Əməyi Qəhrəmanı (1987). Abxaziya MSSR xalq şairi (1967).

O, tarixçi və dilçi, abxaz-adıq dillərinin və abxaz-adıq xalqlarının tarixinin tədqiqatçısı kimi tanınır.

Həyatı Baqrat Vasilieviç Şinkuba 12 may 1917-ci ildə Sxumi dairəsinin Çlou kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra Suxumiyə yollanıb. 1939-cu ildə Suxumi Pedaqoji İnstitutunu bitirib. 1939-cu ildə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına daxil olub. 1945-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Baqrat Şinkuba 1946-cı ildən Ümumittifaq Kommunist Partiyasının (bolşeviklər) üzvü olub.

1953-cü ildə Abxaziya Yazıçılar İttifaqının katibi, 1956-cı ildə isə Abxaziya MSSR Yazıçılar İttifaqının sədri seçilib. On ildən artıq Abxaziya MSSR Nazirlər Sovetinin D. İ. Quliya adına dövlət mükafatlarının verilməsi komissiyasının sədri olub.

Baqrat Şinkuba 1958–1978-ci illərdə Abxaziya MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub.

5-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. Şinkuba 1976-cı ildən — Gürcüstan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1958-ci ildən — Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd idi.

D. İ. Patiaşvilinin dediyinə görə, 1947-ci ildə Şinkuba "İosif Stalin və Lavrenti Beriyadan Abxaziyanı Gürcüstandan ayırmağı və ona müstəqil respublika statusu verməyi tələb edərək Kremlə məktub ünvanlayıb".

Baqrat Şinkuba 1997-ci ildə Abxaziya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Yaradıcılığı 200px|thumb|right|Abxaziya sikkəsinin üzərindəki şəkil 250px|thumb|S. Petofinin xatirə ev-muzeyində Baqrat Şinkubanın büstü 1938-ci ildə onun "İlk nəğmələr" adlı ilk şeirlər toplusu nəşr olunub. Onun adı abxaz ədəbiyyatında yeni bir janrın mənzum romanın yaranması ilə bağlıdır. Bu qəbildən onun ilk əsərləri "Mənim həmvətənlərim", "Qaya mahnısı" poemalarıdır."Песнь о скале" Baqrat Şinkubanın "Qaya mahnısı" poeması əsasında 1975-ci ildə Dovjenko adına kino studiyada "Ağ papaq" bədii filmi çəkilib."Последний из ушедших"

Yazıçı məşhur "Gedənlərin sonuncusu" romanını XIX əsrin ikinci yarısında Şimali Qafqazda mühacirliyə və Ubıxların tarixinə həsr edib."Последний из ушедших" Romanın baş qəhrəmanı Türkiyə dilçisi, yazar, dövlət quluqçusu, Ubıx dilinin son danışıcısı Tevfik Esenç olub. Onun çoxsaylı şeirləri, o cümlədən Abxaziyada məşhur olan "Muhacirlərin laylası" əsəri var.

O, həm də uşaq şeirlərinin və bir neçə nağılların müəllifi kimi tanınıb.

Mükafatları Sosialist Əməyi Qəhrəmanı (11.05.1987) 2 Lenin ordeni (02.04.1966; 11.05.1987) 3 Qırmızı Əmək Bayrağı ordeni (17.04.1958; 09.09.1971; 12.12.1973) Xalqlar Dostluğu ordeni (16.05.1977) Abxaziya MSSR xalq şairi (1967). Dmitri Quliya mükafatı laureatı. 1975-ci ildə Kişinyovda keçirilən Ümumittifaq kinofestivalının laureatı — "Ağ papaq" filminin ssenarisinə görə xüsusi mükafat. O, Abxaziya Respublikasının ali mükafatı — 1-ci dərəcəli Axdz-Apşa ordeni ilə təltif edilib.

Xatirəsi B. V. Şinkubanın şərəfinə Abxaziyada poçt markası və sikkə buraxılıb. Doğulduğu Çlou kəndində B. V. Şinkubanın ev-muzeyi açılıb.

Ekranlaşdırılmış əsəri 1975-ci ildə Dovjenko adına kino studiyada "Ağ papaq" bədii filmi — "Qaya mahnısı" poeması əsasında çəkilib. Fili Abxaziyada böyük şöhrətə malikdir.Легендарный абхазский вестерн: юбилей режиссера // :ru:Чегемская правда, № 7(588), 16 марта 2017. — стр. 4

İstinadlar

Ədəbiyyat Цвинариа В. Л., Творчество Б. В. Шинкуба, Тб., 1970.

Xarici keçidlər

Размышления Баграта Шинкубы Не уходи, Апсуа! Скончался абхазский поэт Баграт Шинкуба

Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Gürcüstan dilçiləri