Hüseynov Abbasağa Əli oğlu (Azərtürk; ) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978).

Həyatı Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur.

Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır.

İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir.

Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazırdı.

8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat etmişdir.

Kitabları Atlılar. Bakı: Azərnəşr, 1966, 30 səh. Mənim qismətim. Bakı: Azərnəşr, 1970, 80 səh. Od oğlu. Bakı: Gənclik, 1978, 85 səh. Anama minnətdaram. Bakı: Yazıçı, 1978, 177 səh. Cəlilabad dastanı (şeirlər və poemalar). Bakı: Yazıçı, 1988, 136 səh. Qaraçı nəğmələri. Bakı: Yazıçı, 1993, 235 səh.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri