"Sevginin təbiəti" ( ) — ABŞ psixoloqu Harri Harlovun 1958-ci ildə "American Psychologist" jurnalında dərc olunmuş məqaləsi. Məqalədə körpə rezus meymunlarında bağlanmanın formalaşma mexanizmlərini öyrənmək üçün bir sıra təcrübələr təsvir edilmişdir.

Harlov eksperimenti və ya Harlovun tərbiyə eksperimentləri adlanan bu tədqiqatlar 1950-ci illərdə aparılmışdır. Bu tədqiqatlar emosional bağlanma, sevgi və ana-uşaq münasibətləri barədə daha dərin anlayış əldə etmək məqsədilə həyata keçirilmişdir. Araşdırmalar insanlar arasındakı bağlanma davranışları ilə bağlı mühüm nəticələrə gətirib çıxarmışdır.

Surroqat analıq thumb| Məftil və yumşaq "analar"dan ibarət qəfəs. Surroqat analıq haqqında "məftil ana və yumşaq ana" eksperimentində Harlov iki fərqli "ana" modeli yaratmışdır:

Məftil ana: Bu model metal bir konstruksiyadan hazırlanmışdı və üzərində süd şüşəsi var idi. Yumşaq ana: Parça ilə örtülmüş, lakin üzərində heç bir yemək olmayan bu model yumşaq və rahat idi.

Eksperimentin məqsədi meymun balalarının ana-uşaq bağlanmasında hansı faktorların əsas rol oynadığını araşdırmaq idi. Müşahidələrə görə, meymun balaları bu iki "ana" ilə eyni mühitdə saxlanırdı. Tədqiqatçılar müşahidə etmişdilər ki, balalar vaxtlarının çoxunu qida olmadığı halda belə yumşaq parça "ana" ilə keçirirdilər. Onlar yalnız ac olduqları zaman məftil "ana"ya yaxınlaşırdılar, yəni yemək ehtiyacı yalnız fiziki ehtiyaclarla əlaqəli idi. Bu nəticələr uşaqların və balaların bağlanma ehtiyacının yalnız yeməklə əlaqəli olmadığını, emosional yaxınlığın və rahatlığın daha böyük rol oynadığını göstərmişdir.

Əhəmiyyəti Harri Harlovun bu eksperimentləri bağlanma nəzəriyyəsinin inkişafına böyük töhfə vermişdir. Bu nəticələr uşaqların və balaların inkişafında emosional yaxınlıq və rahatlıq hissinin vacib olduğunu ortaya qoymuşdur. Bu tədqiqat Con Boulbi və Meri Eynsvort kimi alimlərin bağlanma nəzəriyyəsi üzərindəki işlərinə dəstək olmuş, insanların sevgi və bağlılıq ehtiyaclarının yalnız fiziki ehtiyaclarla yox, daha çox emosional əlaqələrlə əlaqəli olduğunu göstərmişdir.Hinde, Robert A. "Relationships, attachment, and culture: A tribute to John Bowlby." Infant Mental Health Journal 12.3 (1991): 154-163.

APA

Tənqidi Harlovun eksperimentləri tədqiqatda istifadə edilən metodlarla bağlı ciddi etik müzakirələrə səbəb olmuşdur. Xüsusilə, meymunların emosional travmaya məruz qalması, modern psixologiyada bu cür tədqiqatların aparılmasına dair sərt etik məhdudiyyətlərin tətbiqinə yol açmışdır. Bu səbəbdən, müasir dövrdə bu növ tədqiqatlara daha diqqətli yanaşılır və heyvanların emosional rifahına daha çox önəm verilir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Heyvan hüquqları Kateqoriya:Həyat dövrləri Kateqoriya:Psixoloji təcrübələr Kateqoriya:Elmi tədqiqatlar