Maykl Konnelli (; ) — müasir dövrün ən tanınmış Amerika cinayət romanları yazıçılarından biri. O, əsasən cinayət və detektiv janrında yazdığı kitablarla məşhurdur. Əsərləri dünya üzrə milyonlarla nüsxə satılıb və bir çox dillərə tərcümə edilib. Konnellinin yaratdığı obrazlar, xüsusilə Herri Boş () və Miki Holler, həm oxucuların, həm də ekran istehsalçılarının diqqətini çəkmişdir."Michael Connelly" . Famousauthors.org.
Bioqrafiyası Maykl Konnelli 21 iyul 1956-cı ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olmuşdur. Uşaq yaşlarından filmlərə və kitablara maraq göstərib. Xüsusilə Reymond Çandlerin detektiv romanları onu yazarlıq istiqamətində ruhlandırıb. Florida Universitetində jurnalistika və yaradıcı yazıçılıq üzrə təhsil almışdır. Universitetdə təhsil alarkən cinayət mövzusunda filmlərə və kitablara xüsusi maraq göstərmişdir. Təhsilini bitirdikdən sonra Maykl Konnelli jurnalist kimi işləməyə başlayıb. İlk illərində Floridada kiçik qəzetlərdə kriminal xəbərlər yazıb. Bu işlər ona cinayət dünyası və hüquq-mühafizə sistemini yaxından öyrənmək imkanı verib. Daha sonra Los Angeles Times qəzetində cinayət müxbiri kimi çalışıb. Los-Ancelesdəki işi, sonralar onun romanlarında quraşdırdığı şəhər atmosferini daha real təsvir etməsinə kömək edib.
Ədəbiyyata ilk addımları İlk romanı, "The Black Echo" (Qara Rezonans), 1992-ci ildə çap olunub. Bu kitab Herri Boş seriyasının başlanğıcı olmuşdur və ədəbiyyatda Edqar Allan Po mükafatına layiq görülmüşdür. Daha sonra Herri Boş seriyasını davam etdirən kitablar yazmağa başladı. Boş obrazı, Los-Anceles Polis Departamentində (LAPD) işləyən, mürəkkəb xarakterə malik olan və hüquqla bağlı çətin sualları sorğulayan bir detektivdir. Bu seriya çox məşhur olmuşdur və Amazon tərəfindən uğurlu bir seriala çevrilmişdir: "Bosch". Maykl Konnelli təkcə Herri Boş obrazı ilə tanınmır. O, 2005-ci ildə "The Lincoln Lawyer" (Linkoln vəkili) kitabında vəkil Miki Holler obrazını təqdim etdi. Miki Holler, Los-Ancelesdə vəkillik edən, öz avtomobilində işləyən bir vəkildir. Bu kitabın əsasında eyni adlı film çəkilmişdir (baş rolda Metyu Makkonaxi).
Üslubu Konnellinin yazılarında əsas diqqət cinayətlərin detallı təsviri, hüquq sisteminin mürəkkəbliyi və insan təbiətinin araşdırılmasına yönəlib. O, reallığa mümkün qədər yaxınlaşmağa çalışır və jurnalistika təcrübəsi ona bunu uğurla etməyə imkan yaradır. Los-Anceles şəhəri onun əsərlərində mühüm rol oynayır və demək olar ki, ayrı bir personaj kimi təsvir olunur.
Əsas əsərləri Herri Boş Seriyası Miki Holler Seriyası Stand-Alone Romanları The Black Echo (1992) The Lincoln Lawyer (2005) The Poet (1996) The Concrete Blonde (1994) The Brass Verdict (2008) Blood Work (1998) Angels Flight (1999) The Reversal (2010) The Night Fire (2019)
İstinadlar
Xarici keçidlər
Michael Connelly's Official Web Site "Newspaper Noir", The Washington Post, June 22, 2009. Connelly Interview by identitytheory.com Interview on The Next Track podcast about music in the Harry Bosch novels
Interview with Michael Connelly, Speaking of Mysteries TV Series (2001)
Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:İrlandəsilli amerikalılar