Turkestanskiye vedomosti (; Türküstan qəzeti) — Türküstanda nəşr olunan ilk rusdilli həftəlik qəzet. Qazax və özbək dillərində əlavələrlə birlikdə nəşr edilmişdir. Türküstan general-qubernatorluğunun Daşkənddəki dəftərxanasında çap olunmağa və redaktə olunmağa başlamışdır. 1917-ci ilin dekabrına qədər Daşkənddə nəşr edilmişdir.
Qəzet əsasən Rusiyada və xaricdə, lakin xüsusilə Türküstan bölgəsində baş verən hadisələrin işıqlandırılması, Türküstan general-qubernatorluğu aparatının rəsmi sənədlərinin çapı, bölgənin siyasi, mədəni və iqtisadi həyatında baş verən hadisələrin işıqlandırılması ilə məşğul idi.
Tarixi Daşkənd 1865-ci ildə ruslar tərəfindən ələ keçirilmiş və Türküstan vilayətinin tərkibində, 1867-ci ildən isə Türküstan general-qubernatorluğunun tərkibində Rusiya imperiyasına birləşdirilmişdir. Bölgənin hərbi-inzibati rəhbərliyinin fərmanlarını tez bir zamanda dərc etmək, həmçinin Avropa Rusiyası sakinlərinə məlum olmayan bölgə haqqında yeni məlumatları yaymaq üçün qəzetin nəşrinə başlamaq qərara alındı. İlk nömrəsi -ci ildə Daşkənddə nəşr olundu. İlk redaktor qərargah kapitanı Nikolay Mayev idi. Qəzet rəsmi və qeyri-rəsmi hissədən ibarət idi. 1870-ci ildən 1882-ci ilə qədər rus dilində "Türküstan Vilayətinin Qəzeti" () adlı əlavələrlə birlikdə "qırğız" (qazax) və "sart" (özbək) dillərində növbə ilə nəşr olunurdu. 1883-cü ildə bu əlavələr müstəqil həftəlik özbəkdilli qəzetə çevrildi və 1887-ci ildən qəzetin adı "Türküstan yerli qəzeti" olaraq dəyişdirildi. Qəzet 1893-cü ilə qədər həftəlik, 1893-cü ildən sonra həftədə iki dəfə, 1903-cü ilin dekabrından həftədə 3 dəfə, 1904-cü ilin martından həftədə 4 dəfə, 1907-ci ilin iyulundan hər gün nəşr olunurdu. 1917-ci ilin sonunda isə fəaliyyətini tamamilə dayandırdı.
Vasili Bartold, Lev Berq, Stanislav Qlinka-Yançevski, İvan Muşketov, Vasili Oşanin, Nikolay Severtsov, Aleksey Fedçenko qəzetin yazarları arasında idi. Qəzetin tirajı 1000–2500 idi.История Ташкента
İstinadlar
Kateqoriya:Rusiya imperiyası qəzetləri Kateqoriya:Rus dilində qəzetlər