– Yaponiya fotoqrafı. Hokkaydoda fotoqrafiyanın qabaqcıllarından biri olmuşdur.

İlk illəri İda Kokiçi 1846-cı ildə Hakodate şəhərində doğulmuşdur. Tamoto Kenzonun şagirdi və köməkçisi olmuş, ondan fotoqrafiyanı öyrənmişdir.

Fotoqrafiya 1871-ci ilin avqustunda Tamoto ilə birlikdə Sapporo, Otaru və İşikari şəhərlərində bina və yol tikintisi işlərinin, eləcə də, torpaqların meliorasiyası işlərinin fotolarını çəkmişdir. Onlar bu yerlərin fotolarını çəkən ilk şəxslər olmuşdurlar. Bir ay boyunca çəkdikləri 158 fotonu 1872-ci ildə Tokioya göndərmişdirlər.

1878-ci ilin avqustunda Kuril adalarına göndərilmiş Hokkaydo Koloniyalaşdırma Komissiyası gəmisini müşayiət etmiş və Şimali Kuril adalarının fotolarını çəkən ilk şəxs olmuşdur. 1884-cü ildə Hakodatedə öz studiyasını açmışdır. 1897-ci ildə Saxalin adasının Korsakov qəsəbəsində fotostudiya açmış və Saxalində fotostudiya açan ilk şəxs olmuşdur. Rus-yapon müharibəsinin başladığı 1904-cü ilə qədər Saxalində yaşamışdır. 1911-ci ildə ölmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Fotoqrafiyanın qabaqcılları Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Kuril adalarının tarixi