thumb|Maçete/mişar kombinasiyası

thumb|Meksikalı sənətkar Aqustín Kruz Tinoko taxta oymaq üçün maçetedən istifadə edir

Maçete (/məˈʃɛti/; İspan dilində tələffüzü: [maˈtʃete]) — baltaya oxşayan kənd təsərrüfatı aləti kimi və yaxud da uzun ağızlı bıçaq kimi döyüşlərdə istifadə olunan enli bıçaqdır. Bıçağın uzunluğu adətən 30-45 santimetr (12-18 düym) arasında, qalınlığı isə əsasən 3 millimetrdən (1⁄8 düym) azdır. Bu söz çox böyük bir ehtimalla ispan dilində kuvaltları ifadə etmək üçün istifadə olunan maço sözündən götürülmüş və həmin sözün kiçildilmiş versiyasıdır. Alternativ olaraq, onun adının mənşəyi yunanlar və romalılar tərəfindən falkataya verilən ad olan machaera sözündən də götürülmüş ola bilər. Machaera sözü bu sözün ingilis dilindəki ekvivalenti olan matchet termininin mənşəyidir, lakin bu addan nadir hallarda istifadə olunur. Yamayka, Barbados, Qayana, Qrenada və Trinidad və Tobaqo kimi ingilisdilli Karib hövzəsi ölkələrinin əksəriyyətində bu kənd təsərrüfatı alətləri üçün cutlass terminindən istifadə olunur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Kənd təsərrüfatı alətləri Kateqoriya:ABŞ ixtiraları