Mişel Linn Monaqan (; ) — Amerikalı aktrisa.
Bioqrafiyası
Mişel Monaqan Ayova ştatının Uintrop şəhərində Şaron və Bob Monaqanın ailəsində anadan olmuşdur. Onun özündən böyük olan iki qardaşı var: Bob və Con. 1994-cü ildə təhsilini başa vurduqdan sonra o, Çikaqoda yerləşən Kolumbiya Kollecində jurnalistika təhsili almaq üçün Çikaqoya köçmüşdür. Eyni zamanda ABŞ, Milan, Sinqapur, Tokio və Honq Konqda model kimi fəaliyyət göstərmişdir.
2005-ci ilin avqust ayından Mişel toylarından əvvəl beş il birlikdə yaşadığı qrafik rəssam Piter Uayt ilə evlidir. Cütlüyün iki övladı var: qızları Uillou Ketrin Uayt (5 noyabr 2008-ci il təvəllüdlü)Actress Michelle Monaghan Gives to Birth a Baby Girl və oğulları Tommi Frensis Uayt (30 oktyabr 2013-cü il təvəllüdlü).
İstinadlar
Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin Roma katolikləri