Real Madrid FK () — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib.The FIFA Club of the Century113 yaşlı "Real" Madridin ən yaxşı "11-liy"i "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 13 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 16 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb. Ev oyunlarını Santyaqo Bernabeu stadionunda keçirir.
"Deloitte" təşkilatının məlumatına görə 2016/2017-ci il mövsümündə "Real Madrid" 674,6 milyon avro pul qazanaraq dünyanın ən çox gəlir əldə edən klubları sırasında 2-ci yerdə qərarlaşıb. Dəyəri 4,1 milyard dollar olan "Real Madrid" həmçinin dünyanın ən dəyərli futbol klublarından biridir.
Tarix
Erkən illər (1902–1943) thumb|200px|left|Xulian Palasios. Klubun 1900–1902-ci illərdəki prezidenti. İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Monkloa (Moncloa .isp) bölgəsində keçirən yeganə klub idi. 1900-cü ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar. Bu şəxslərin arasında sonradan "Real Madrid"in ilk prezidenti olacaq Xulian Palasios və öz növbələrində ayrı-ayrı vaxtlarda "Real Madrid"in prezidenti olacaq Xuan Padros və Karlos Padros var idi. Xuan və Karlos doğma qardaş idilər. 1901-ci ildə "Yeni Futbol Cəmiyyəti" adını dəyişdirib "Madrid Futbol Klubu" (Madrid Football Club .ing) etdi.Ball, Phil p. 117. (ing.) Fikir ayrılığının digər cəbhəsində olan "Skay Futbol" isə 1902-ci ildə yenidənqurma nəticəsində adını dəyişib "Yeni Fut-Bol Klubu" (New Foot-Ball Club .ing) etdi. 6 mart 1902-ci ildə yeni İdarə Heyəti seçildi. Xulian Palasios öz davamçısı kimi Xuan Padrosun namizədliyini irəli sürdü. Xuan Padros klubun ikinci prezidenti seçildi. İdarə Heyəti Xuan Padrosun sədrliyi ilə "Madrid Futbol Klubu"nu rəsmi olaraq qeydiyyatdan keçirdi. Beləliklə "Madrid Futbol Klubu" rəsmi fəaliyyətə başladı. "Madrid Futbol Klubu" 1900-cü ildə təsis edilməsinə baxmayaraq rəsmi qeydiyyatdan 1902-ci ildə keçib. Belə ki, klubu yaradanlar ilk vaxtlar buna ehtiyac olmadığını düşünürdülər ona görə də klubun adını reyestrə salmağa tələsmirdilər, Amma İspaniyada futbolun sürətlə inkişaf etməsi və ilk ölkə miqyaslı turnirlərin təşkil edilməsi nəticəsində klubun rəsmi qeydiyyata alınması zərurəti yarandı. Ona görə də klub 6 mart 1902-ci ildə rəsmi qeydiyyatdan keçdi, halbuki artıq 2 il idi ki (1900-cü ildən bəri) fəaliyyət göstərirdi.
thumb|300px|"Madrid Futbol Klubu". 1906-cı il.
Yarandığı vaxtdan etibarən "Madrid Futbol Klubu" İspaniya futbolunda liderlik uğrundan mübarizə aparmağa başladı. Artıq 1903-cü ildə klub ölkə kubokunun finalına vəsiqə qazandı. Bu qarşılaşmada Madrid təmsilçisi Bilbao şəhərindən olan "Atletik Bilbao" klubuna məğlub oldu. Bir neçə ildən sonra İspaniya Kuboku ölkə paytaxtının "daimi sakini"nə çevrildi: Madrid təmsilçisi İspaniya Kubokunu 4 dəfə dalbadal qazandı. İlk qələbə 1905-ci ildə "Atletik Bilbao" klubuna qarşı oldu. Növbəti 1906-cı ildə də Madridlilər "Atletik Bilbao"nu məğlub edib kuboku qazandılar. "Madrid Futbol Klubu" 1907-ci ildə finalda "Biskaya", 1908-ci ildə isə "Real Viqo Sportinq" klublarını məğlub edərək İspaniya Kubokunun qalibi oldu. 1909-cu ildə "Madrid Futbol Klubu" İspaniya Kral Futbol Federasiyasının yaradıcılarından biri oldu. Həmin vaxt klubun prezidenti Adolfo Melendes bu qurumun təsis müqaviləsinə imza atdı. Klub ilk vaxtlarda bir neçə meydan dəyişdi. 1912-ci ildən "Madrid Futbol Klubu" ev oyunlarını Kampo-de-O'Donnell stadionunda keçirməyə başladı. 29 iyun 1920-ci ildə İspaniya Kralı XIII Alfonso kluba "kraliyyat" titulu verdi. Bu titul ispan dilində "Real" yəni "krala məxsus" adlanır. Məhz həmin dövrdən etibarən klub "Real Madrid" adlanmağa başladı.
İspaniya Çempionatı ilk dəfə 1929-cu ildən etibarən keçirilməyə başlandı. Həmin vaxta qədər ancaq ayrı-ayrı regionlarda sözügedən bölgənin ən güclü klubları müəyyən edilirdi. "Madrid Futbol Klubu" (1920-ci ildən etibarən "Real Madrid") ilk İspaniya Çempionatı keçirilən vaxta qədər paytaxt və paytaxt ətrafı region çempionatında 16 dəfə çempion olmuşdu. 1929-cu ildə ilk İspaniya Çempionatı keçirildi. İlk İspaniya Çemionatının sonuncu turuna kimi lider "Real Madrid" oldu. Sonuncu turdə Madrid təmsilçisi "Atletik Bilbao" klubuna məğlub oldu və 1-ci yeri əldən verərək (sonuncu turda "Barselona" 1-ci yerə yüksəldi) ilk ölkə çempionatını 2-ci yerdə başa vurdu. "Real Madrid" ilk ölkə çempionluğunu 1931/1932-ci il mövsümündə əldə etdi. Növbəti 1932/1933-cü il mövsümündə də çempionluq qazanan "Real Madrid" İspaniya çempionatını 2 mövsüm dalbadal qalib kimi bitirdi.
14 aprel 1931-ci ildə İkinci İspaniya Respublikası (La Segunda República Española .isp) quruldu və klub "Real" titulunu itirdi. Klub həmin vaxtdan etibarən ilk adı ("Madrid Futbol Klubu") ilə fəaliyyət göstərməyə başladı. İspaniya II Dünya Müharibəsinə qoşulmadı deyə ölkədə futbol oyunları davam etdi. İspaniya Kral Kuboku turniri Fransisko Frankonun şərəfinə Generalissimus Kuboku adlandırıldı. 13 iyun 1943-cü ildə "Madrid Futbol Klubu" Generalissimus Kubokunun yarımfinalında, cavab qarşılaşmasında "Barselona" üzərində tarixi 11:1 hesablı qələbəsini qazandı. Katalonlar ağır məğlubiyyətdən sonra şayiələr yaymağa başladılar ki, onların futbolçuları polis tərəfindən qorxudulub və dövlət təhlükəsizliyinin direktoru komandaya "çoxunuz sizə ölkədə qalmağa icazə verən rejimin səxavəti nəticəsində oynayırsınız" kimi sözlər deyib, klubun nümayəndəsi Enrik Pinyiro isə azarkşlərin hücumuna məruz qalıb. Ancaq bu şayiələr hamısı şayiə olaraq qalıb və nə həmin dövrdə nə də indiki dövrdə konkret fakt və sübutlarla təsdiq olunmayıb. Elə buna görə də ən ali futbol qurumları olan FIFA və UEFA bu nəticəni qanuni hesab edir və rəsmi olaraq tanıyırlar. İspaniyalı jurnalist və yazıçı Xuan Karlos Pasamentos öz araşdırmalarında qeyd edir ki, həmin dövrün canlı şahidi olan "Barselona" futbolçusu olan Xosep Valle bütün bu şayiələri inkar edib və İspaniya təhlükəsizlik orqanlarının onlara təzyiq göstərilməsinin həqiqətə uyğun olmadığını bildirib"De Franco, el Madrid, el Barca y otras mentiras de TV3" . (.isp) Diario Gol. 25 noyabr 2014. Həmçinin qeyd olunur ki, fasilə zamanı "Barselona"nın baş məşqçisi Xuan Xose Noques və klubun futbolçuları oyunun ağır stilinə görə əsəbləşmişdilər. Belə ki, "Madrid Futbol Klubu" oyun zamanı qələbəyə can ataraq üstünlük nümayiş etdirmiş bu isə azarkeşlərin çox güclü dəstəyi ilə müşayiət olunmuşdu. Bütün bunlar "Barselona" futbolçularına psixoloji təsir etmişdi.
Santyaqo Bernabeu və Avropada uğurlar (1943–1978) thumb|left|200px|5 dəfə dalbadal Avropa Çempion Klublar Kubokunu qazanan "Real Madrid"in heyətində ən güclü futbolçu əfsanəvi Alfredo Di Stefano idi. 35 il ərzində klubun prezidenti vəzifəsində çalışmış və "Real Madrid"in həm ölkədə həm İspaniyada ən güclü və ən böyük kluba çevrilməsində böyük əmək sərf etmiş əfsanəvi Santyaqo Bernabu.|thumb|right 1943-cü ildə Santyaqo Bernabeu "Real Madrid"in prezidenti seçildi. Bernabeu ölkədə vətəndaş müharibəsi zamanı ziyan çəkmiş kluba məxsus stadionu və təhsil müəssisəsini (Ciudad Deportiva .isp) bərpa etdi. Bernabeunun dəstəyi ilə 1950-ci illərdə "Real Madrid"də əvvəllər çıxış etmiş futbolçu Miqel Malbo klubun gənclər üçün nəzərdə tutulan akedemiyasının (ispanlar belə akademiyaya kantera deyirlər) əsasını qoydu. Bu akademiya hazırda İspaniyada "La Fabrika" adı ilə tanınır. 1953-cü ildə Bernabeu sonradan klubun əfsanəvi futbolçusuna çevriləcək Alfredo Di Stefanonu transfer etdi.
thumb|right|200px|Amansio Amarao. "Real Madrid"in "Ye-Ye" adlanan əfsanəvi heyətinin 1960-cı illərdəki kapitanı.
1955-ci ildə fransız "L'Équipe" qəzetinin jurnalisti Qabriel Anonun ideyası əsasında Bernabeu, Bedriqnan və Qustav Sebes yeni bir turnirin keçirilməsi təşəbbüsü ilə çıxış etdilər. Bu turnir Avropada klublararası formatda keçirilən və ölkə çempionlarının dəvət aldığı mötəbər yarışa çevrildi və hazırda UEFA Çempionlar Liqası adı ilə tanınır. Tunir yarandığı dövrdə Çempion Klublar Kuboku adını daşıyırdı. Məhz Bernabeunun başçılığı altında "Real Madrid" həm ölkə həm Avropa arenasında güclü kluba çevrildi. Klub Avropanın ən mötəbər turnirini 5 dəfə dalbadal qazanraq mütləq rekord sahibinə çevrildi. Bu rekord hələ də heç bir klub tərəfindən qırılmayıb. 5 dəfə dalbadal tunirin qalibi olan "Real Madrid"ə kuboku öz muzeyində daimi saxlamaq şərəfi verildi. Üstəlik "Real Madrid" UEFA-nın şərəf nişanını taxmaq hüququnu əldə etdi.; Page 4, § 2.01 "Cup" & Page 26, § 16.10 "Title-holder logo" Beynəlxalq arenadakı uğurlar ölkə daxilindəki uğurlar ilə müşayiət olunmağa başlandı. 1954-cü ildən 1969-cu ilə kimi keçirilən ölkə çempionatlarının 12-də çempion "Real Madrid" oldu. Məhz bu vaxtdan etibarən "Real Madrid" inkişaf edib ən yüksək zirvələri fəth etdi, nəinki ölkənin hətta qitənin ən güclü klubu olmağa başladı. Qitənin ən nüfuzlu klub turnirində öz ölkəsinin çempionu olmuş və dövrün ən güclü klubları iştirak edirdi. "Real Madrid" 5 il dalbadal "Reyms" (Fransa çempionu), "Fiorentina" (İtaliya çempionu), "Milan" (İtaliya çempionu), "Reyms" (Fransa çempionu") və "Ayntraxt Frankfurt" (Almaniya Çempionu") klublarını finalda məğlub edərək qitənin ən güclü klubu adına layiq görüldü. İlk 5 çempionluq arasında ən parlaq final 1960-cı ildə oldu. Final Şotlandiyada, Qlazqo şəhərində yerləşən "Hempden Park" stadionunda keçirildi. Madrid təmsilçisi rəqibi "Ayntraxt Frankfurt"u 7:3 hesabı ilə məğlub etdi.
thumb|left|200px|"Real Madrid"də baş məşqçi vəzifəsində 15 il çalışmış əfsanəvi Miqel Munyos.
"Real Madrid" Avropanın ən nüfuzlu klub turnirində 15 dəfə dalbadal iştirak etdi. Tarixində ilk dəfə yalnız 1970-ci ildə "Real Madrid" bu turnirə qatıla bilmədi. Bu qızıl dövrdə klubun heyətində əslən argentinalı olan Alfredo Di Stefano (1957 və 1959-cu ildə Qızıl top mükafatının qalibi), fransız Raymon Kopa (1958-ci il Qızıl top mükafatının qalibi), macar Ferens Puşkaş (1960-cı ildə Avropanın ən güclü 2-ci futbolçusu) və ispan Fransisko Xento (Çempionlar Kubokunu rekord sayda — 6 dəfə qazanan yeganə futbolçu) kimi futbolçular çıxış edirdi. Fransisko Xento uzun müddət klubda çıxış etməsinə görə "uzun ömürlü" ləqəbini almışdı. 60-cı illərin ortalarında "uzun ömürlü" futbolçuya Xose Santamariya, Amansio və Pirri kimi futbolçular qoşulduıar.
Fransisko "Pako" Xento. Əfsanəvi "Ye-Ye" heyətinin lider futbolçularından biri. Avropa Çempionlar Kubokunu 6 dəfə qazanmış yeganə futbolçu.|thumb