Nikolay Franseviç Qastello () — sovet hərbi təyyarəçisi, üç müharibənin iştirakçısı, ölümündən əvvəl kapitan rütbəsi ilə Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin 2-ci eskadriliyasında komandir vəzifəsini tutmuşdur. Döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüşdür.
Bioqrafiya 1900-cü ildə Moskvaya işləməyə gələn (burada soyadı) Plujini (indiki Belarusun Qrodno vilayətinin Koreliçi rayonu) kəndindən olan Frans Pavloviç Qastellonun (1875—?) ailəsində anadan olmuşdur. Anası — Anastasiya Semyonovna Kutuzova (1889–1964), rus milliyyətli, dərzi idi.
1924-cü ildə Qastellonun ailəsi Muroma köçdü, burada Nikolay F. E. Dzerjinski adına Lokomotiv Zavodunda mexanik oldu. N. F. Qastello əmək fəaliyyəti ilə paralel olaraq məktəbi (indiki 33 saylı orta məktəb) bitirdi. 1928-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasına daxil oldu. 1930-cu ildə Qastello ailəsi Moskvaya qayıtdı və Nikolay 1 May adına Birinci Dövlət Mexaniki İnşaat Maşınları Zavoduna işləməyə getdi. 1930–1932-ci illərdə N. F. Qastello Xlebnikovo qəsəbəsində yaşayıb. 1932-ci ildə hərbi xidmətə çağrılıb və burada hərbi aviasiya məktəbində təlim keçmişdir. Xalxin-Qol döyüşündə və Qış müharibəsində iştirak etmişdir.
26 iyun 1941-ci ildə, Böyük Vətən müharibəsinin 5-ci günündə, kapitan N. F. Qastellonun komandanlığı altında leytenant A. A. Burdenyuk, leytenant G. N. Skoroboqati və baş serjant A. A. Kalinindən ibarət ekipaj DB-3f təyyarəsi ilə havaya qalxdı və iki bombardmançı təyyarənin uçuşu çərçivəsində Molodeçno — Radoşkoviçi yolunda bir Alman mexanikləşdirilmiş kolonuna bomba zərbələri endirməyə başladı. Qastellonun təyyarəsi almanların zenit artilleriya atəşi ilə vuruldu. Almanlar mərmi yanacaq çənini zədələdi ki, bu da göyərtədə yanğına səbəb oldu və Qastello "odlu taran" edərək yanan təyyarəni düşmənin mexanikləşdirilmiş kolonuna doğru yönəltdi. Bütün ekipaj üzvləri həlak oldu. Qastellonun ekipajı "beynəlxalq" idi: Burdenyuk ukraynalı, Kalinin nen, Skoroboqatiy rus, Qastello özü isə belarus idi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 iyul 1941-ci il tarixli fərmanı ilə kapitan Nikolay Franseviç Qastello "cəbhədə komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə, alman faşizminə qarşı mübarizə zamanı göstərilən cəsarət və qəhrəmanlıqlara görə" ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. thumb|200x200px| N. F. Qastellonun şücaətinə həsr olunmuş poçt markası (1944). Sovet təbliğatının səyləri sayəsində N. F. Qastellonun şücaəti Böyük Vətən müharibəsi tarixində ən məşhurlardan birinə çevrildi və Qastello soyadı hər yerə yayıldı. "Odlu taran" həyata keçirən pilotlar "Qastelloçular" adlandırılmağa başladılar. Ümumilikdə, Böyük Vətən müharibəsi illərində 595 "klassik" hava taranı (təyyarə ilə) edildi, 506 təyyarə yerdəki düşmən hədəflərini, 16 təyyarə dənizdəki düşmən hədəflərini və 160 təyyarə düşmən tankını taran etdi .
İstinadlar
Kateqoriya:SSRİ pilotları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1941-ci ildə vəfat edənlər Kateqoriya:26 iyunda vəfat edənlər Kateqoriya:1907-ci ildə doğulanlar Kateqoriya:6 mayda doğulanlar