Günel Məcidova (2 Sentyabr 1980 - Mingəçevir, Azərbaycan) — azərbaycanlı yazıçı, müəllim.
Həyatı 2 Sentyabr 1980-ci ildə, Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. 1998-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda təhsil almağa başladı. 2003-cü ildən müəllim olaraq fəaliyyət göstərməyə başladı. Həmçinin bu dövrlər yazarlıqla da məşğul olurdu.
Yazarlıq Günel Məcidova Yazarlıq fəaliyyətinə artıq uşaq yaşlarından başlamışdır.
2020-ci ildə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabların təqdimat mərasimi zamanı Günel Məcidovanın da "Qadın", "Bir dünya az olar", "Ölüm sənə toxunarsa" kitabları təqdim edilmişdir. Həmçinin Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı”nda Günel Məcidovanın da, müəllifi olduğu "Dil Hökmranlığına Səyahət" kitabı təqdim edilmişdir, imza mərasimi keçirilmişdir.
2024-cü ildə “ASAN Könüllüləri” Təşkilatının və “SİMART” Sağlam İnkişaf Platformasının birgə əməkdaşlığı ilə nağıl master-klass həyata keçirilib. Burada Günel Məcidova master-klass yazarı olaraq da çıxış etmişdir.https://asanmektub.az/az/xeberler/asan-mektub-yaz-duesergesi-5
Hazırda bir çox kütlə tərəfindən marağı üzərinə cəlb etməyi bacarmışdır.
Kitabların siyahısı Qadın Bir dünya az olar Ölüm sənə toxunarsa Yumağın macəraları
İstinadlar