I Trust () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış üçüncü Koreya minialbomu. 6 aprel 2020-ci ildə rəqəmsal olaraq, 7 aprel 2020-ci ildə ildə fiziki olaraq buraxılmışdır. 5 trekdən ibarət olan alboma daha öncə buraxılmış "Lion" sinqlı və əsas sinql "Oh My God" daxildir. Bütün mahnılar Soyon tərəfindən yazılmışdır. Fiziki buraxılışın iki versiyası mövcuddur: "Truth" və "Lie".

Buraxılması 18 fevral 2020-ci ildə "(G)I-dle"ın mart ayının ortasında geri dönüş edəcəyi bildirilmişdir. Lakin COVID-19 pandemiyası səbəbilə albomun buraxılması aprel ayına qədər təxirə salınmışdır.

19 mart 2020-ci ildə "Cube Entertainment" albomun aprelin əvvəlində buraxılacağını açıqlamışdır. Eyni ay "Cube" albomun adını, tizer şəklini və trek siyahısını yayımlamışdır.

"I Trust" qrupun "I" seriyasına daxil olan üçüncü albomudur ("I Am" və "I Made" albomlarından sonra). Albomun əsas mövzusu özünə güvənmək və özünəinamdır. Soyon albomun konsepiyasını "KonoSuba: God's Blessing on This Wonderful World! Legend of Crimson" animesini izlədikdən sonra düşündüyünü açıqlamışdır.

Musiqi və kompozisiya "I Trust" özünəinam konsepsiyasında olan albomdur. Albomun açılış treki "Oh My God" urban hip-hop janrında olan mahnıdır. Mahnının "mən sadəcə özümə inanaraq özünəinam qazana bilmə" mövzusuna toxunur. "Luv U" mahnısının sözləri güclü sevgi enerjisi haqqındadır. "Maybe" mahnısı rəqs-pop janrındadır və insanın özünə inanmağa başlarkən qarşılaşdığı tərəddüdlərdən bəhs edir.

Qəbul Albom buraxıldığı ilk gün ərzində 91.311 fiziki nüsxə satmış, qrupun həmin günə qədər qədər ən tez və ən çox satılan albomu olmuşdur. Üç gün ərzində albomun 100.000-dən çox nüsxəsi satılmışdır. Albom "Gaon" albomlar hit-paradında birinci yerdə debüt edərək qrupun Cənubi Koreyadakı ilk bir nömrəli albomu olmuşdur. İlk dəfə olaraq qrupun bir albomundakı bütün mahnıları "Gaon" hit-paradında yer almışdır.

Trek siyahısı

İstinadlar

Kateqoriya:I-dle minialbomları Kateqoriya:2020-ci ilin minialbomları