Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb.
Tarixi Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə, 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007..
Yaylaqlar Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu.
Bulaqlar Sarı bulaq, Göy bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.
Məşhur yerlər Bəzirgan, Atqoruğu, Qanlıvurulan, Həsənölənin şişi, Yellicə (Bağırlı) dağı (dağ), Qılışlar, Novun qılışı, Qəbirstanlıq qılışı, Aralıq qılışı, Təkdamın qılışı, Təkdam, Bayraməli tapı, Duzdax boyun, Sarıuçurumun başı, Usub talası, Ocaqverdi talası, Daşlıtap, Böyükdüz, Gölünqırağı, Ələmağacı, Böyükgərdən, Balagərdən, Binnətalı, Sarıqaya, Qızılqaya, Çolpan, Bozlu, Yəhər, Qaragüney, Çirişli, Əvəlikli, Qanlıgöl, Buzluq dağı, Kərəmli dağı, Qaçaqlar qırılan, Əlvənd gölü, Cavadbiçən, Ağçay, Bulanıq çayı, Balıqlı su, Yellicə çayı, Böyük Qanlıgöl, Kiçik Qanlıgöl.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
İstinadlar
Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri Kateqoriya:Kəlbəcər rayonunun yaşayış məntəqələri