II Lüdovik (; ) — II Böyük Hesse hersoqu.

Leypsiq Universitetində təhsil aldı. Ardından həyatının çox hissəsini keçirdiyi Darmştadta qayıtdı. Atasının rəsmi təmsilçisi kimi 1804-cü ildə Napoleon Bonapartın və 1814-cü ildə XVIII Lüdovikin tacqoyma mərasimlərinə qatıldı. 1820-ci ildə qəbul edilən konstitusiyanın ardından parlament üzvü seçilsə də, dövlət idarəsindən uzaq qaldı.

19 iyun 1804-cü ildə Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi Badenli Vilhelmina ilə evləndi. Cütlüyün bu nigahdan 7 övladı doğulsa da, vəliəhdin nigahdan kənar eşq yaşadığı məşuqələri səbəbilə xoşbəxt deyildilər.

III Lüdovik (1806-1877) Ölü doğulan oğlan uşağı (18 avqust 1807) Karl Vilhelm (1809-1877) Amaliya Yelizaveta (1821-1826) Ölü doğulan qız uşağı (7 iyun 1822) Aleksandr Lüdviq (1823-1888) Mariya Vilhelmina (1824-1880)

Atasının vəfatının ardından 1830-cu ildə taxta çıxdı. Külli miqdarda olan şəxsi borclarının dövlət hesabına ödənilməsini tələb etsə də, bu tələbi parlamentlə münasibətlərinin pisləşməsinə səbəb oldu. 1848-ci il inqilabları onun dövlət idarəsindəki yetərsizliyini bir daha göstərdi. 5 mart 1848-ci ildə oğlu III Lüdoviki ortaq naib elan edərək etirazları susdurmaq istədi. Ancaq çox keçmədən vəfat etdi və oğlu III Lüdovik təkbaşına suveren monarx oldu.

Mənbə

Büttner, Siegfried (1969). Die Anfänge des Parlamentarismus in Hessen-Darmstadt und das du Thilsche System. Darmstad: Historischer Verein für Hessen Eckhart G. Franz (1987), "Ludwig I., (eigentlich Ludewig)", Neue Deutsche Biographie (in German), vol. 15, Berlin: Duncker & Humblot, pp. 395–396 Walther, Philip [in German] (1884), "Ludwig I. (Großherzog von Hessen und bei Rhein)" Allgemeine Deutsche Biographie (in German), vol. 19, Leipzig: Duncker & Humblot, pp. 551–557

İstinadlar