Prussiyalı Marqarita (; ) — Almaniya imperatoru III Fridrixin qızı, Finlandiya kraliçası.

Həyatı 1872-ci ildə Potsdamda dünyaya gəldi. Atası Prussiya kralı I Vilhelmin oğlu və varisi Şahzadə Fridrix, anası isə Böyük Britaniya və İrlandiya kraliçası Kraliça Viktoriyanın qızı Şahzadə Viktoriyadır. Braziliya imperatoru II Pedro və İtaliya kraliçası Savoyyalı Marqarita onun vəftiz valideynləri oldu. Uşaqlıq illəri qış aylarında Berlində, yay aylarında isə Potsdamda keçdi. Atasının ordudakı vəzifələri səbəbilə, anasıyla sıx və mehriban münasibəti vardı. O və bacı-qardaşları anasının nəzarətində ingilis üslubunda təlim-tərbiyə aldılar.

Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin nəvəsi Badenli Maksimilyanla evlənməsi müzakirə edilsə də, bu müzakirələr nəticəsiz qaldı. Ardından aparılan danışıqların ardından 25 yanvar 1893-cü ildə Hohensollern sülaləsindən Hesseli Fridrix Karlla evləndirildi. Üstəlik seçilən bəy namizədi də özü kimi Prussiya kralı III Fridrix Vilhelmin nəticəsi idi. Xoşbəxt hesab edilən bu evlilikdən Şahzadə Marqaritanın 6 oğlu doğuldu.

Fridrix Vilhelm (1893-1916) Maksimilyan (1894-1914) Filipp (1896-1980) Volfqanq (1896-1989) Riçard Vilhelm Leopold (1901-1969) Kristof (1901-1943)

Ərinin 1918-ci ildə Finlandiya kralı seçilməsiylə Finlandiya kraliçası ünvanı aldı. Ancaq Birinci Dünya müharibəsinin ardından dəyişən siyasi tarazlıq onların taxtdan əl çəkməsinə səbəb oldu. Beləcə, Şahzadə Marqarita bu ünvanı əlində cəmi 65 gün saxlaya bildi.

Birinci Dünya müharibəsi onlardan taxt-tacla yanaşı 2 böyük oğlunu - Fridrix Vilhelm və Maksimilyanı da aldı. Hər ikisi də döyüş meydanında həlak oldular. Digər iki oğlu Filipp və Kristof isə sonrakı illərdə nasist partiyasına üzv oldular. Xüsusilə, oğlu Filipp İtaliya kralının qızıyla evlənərək Nasist Almaniyası və Faşist İtaliyası arasında körpü rolu oynadı. Adolf Hitlerin ən yaxın adamlarından olsa da, İtalyanın təslim olmasının ardından xanımıyla birlikdə həbs edildi. Ən kiçik oğlu Kristof isə 1943-cü ildə təyyarə qəzasında müəmmalı şəkildə həlak oldu. Digər oğlu Volfqanqın xanımı və Badenli Maksimilyanı qızı olan Mariya Aleksandra 1944-cü ildə Frankfurtdakı bombalamada həlak oldu. Bütün bu fəlakətlər dövründə Şahzadə Marqarita yetim qalan nəvələrini yanında topladı və onları öz himayəsində qorudu.

İkinci Dünya müharibəsinin ardından maliyyə sıxıntıları çəkməyə başladı. Xüsusilə də, 1945-ci ilin noyabrında yaşadığı malikanədən 2 milyon paund dəyərindəki zinyət əşyalarının oğurlanması bu sıxıntıları daha da artırdı. Sonrakı illərdə araşdırmalar nəticələnsə də, dəyən zərərin yalnız 10%-i ailəyə geri ödəndi.

1954-cü ildə Kronberqdə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Henri van Oene, Genealogy of the Royal Family of Prussia, 13 May 1998, 18 September 2011 <Genealogy of the Royal Family of Prussia>. Pakula, Hannah, An Uncommon Woman, Simon & Schuster, New York, 1995, Petropoulos, Jonathan, Royals and the Reich, Oxford University Press, New York, 2006, Van der Kiste, John, The Prussian Princesses: Sisters of Kaiser Wilhelm II, Fonthill, 2014

İstinadlar