Quliyev Şakir Məhərrəm oğlu və ya Şakir Ulubəyli — yazıçı, politoloq.
Həyatı Şakir Quliyev 1956-cı ilin mart ayının 5-də Zəngilan rayonunda ziyalı ailəsində anadan olmuşdur.
1963-1973-cü illərdə Zəngilanda orta məktəbdə, 1965-1970-ci illərdə orta musiqi kollecində təhsil almışdır. Moskvada Plexanov adına İqtisad institutunu bitirmişdir.
1989-cu ildə Milli azadlıq hərəkatının üzvü olmuş, kommunist rejiminin və SSRİ imperiyasının dağılmasında fəal iştirak etmişdir. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının və təşkilatlanmasınin təşəbbüskarlarından, eləcə də rayon idarə heyətinin üzvü olmuşdur.
1991-ci ildə Azərbaycan Dünyəvi Bozqurdlar Partiyasının təşkilat komitəsinin sədri olmuş, partiyanın 1992-ci il qurultayında sədri seçilmişdir.Azərbaycan Dünyəvi (Bozqurd) Partiyasının bəyənatı - Şakir Ulubəyli . TURAN Stratejik Araştırmalar Merkezi
Kitabları Siqaret ölüm mələyi. Bakı: Şirvannəşr, 2003. Freyd. "Atalar və oğullar". Bakı. Şirvannəşr, 2004. Azman Türk kişisi. Bakı.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan politoloqları