Mahir Tahir oğlu Süleymanlı () — Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Milli Məclisinin VII çağırış deputatıhttps://az.wikipedia.org/wiki/Azərbaycan_Milli_Məclisinin_VII_çağırış_deputatları, Gənclər və idman, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü, Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Həyatı Süleymanlı Mahir Tahir oğlu 28 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2000–2011-ci illərdə Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinə daxil olmuş və 2015-ci ildə bakalavr təhsilini başa vurmuşdur.

2015–2016-cı illərdə hərbi xidmətdə olmuşdur.

2016–2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq, insan hüquqları ixtisası üzrə magistr təhsili almışdır.

Ailəlidir, 3 övladı var. Sabiq deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun oğludur.

Əmək fəaliyyəti Magistr təhsili aldığı dövrdə (2016–2018-ci illər) BDU-nun rektorluğunda hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən 2024-cü ilin sentyabr ayına qədər əmək fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında davam etdirən Mahir Süleymanlı "İnzibati və hərbi qanunvericilik", "Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik" və "İcra hakimiyyəti orqanları ilə əlaqələr" şöbələrində məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışmışdır. Dövlət qulluğu müşaviridir.

Siyasi fəaliyyəti 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Mahir Süleymanlı 2019–2022-ci illərdə YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin Siyasi Şurasının və İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.

1 sentyabr 2024-cü ildə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə YAP tərəfindən 56 saylı Şabran — Xaçmaz seçki dairəsindən namizədliyi irəli sürülmüşdür və Milli Məclisə üzv seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

İstinadlar

Xarici keçidlər Yeddinci çağırış Azərbaycan parlamenti demokratik təcrübənin yeni nümunəsidir Bütövləşən, yeni Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir

Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları