Landau Lions BK – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Klubun sponsoru "Landau School" məktəbidir.
Haqqında Basketbol klubu Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandasıdır. Klub məşqlərini və oyunlarını Xırdalan şəhərində yerləşən Abşeron Olimpiya İdman Komleksinndə həyata keçirir.
Klubun keçmiş adları "AAAF Xırdalan" və "Xırdalan" olmuşdur. 2024/2025 mövsümündə fəaliyyətini "Abşeron" basketbol klubu olaraq davam etdirməyə başlamışdır."Xırdalan" fəaliyyətini "Abşeron" basketbol klubu olaraq davam etdirəcək Kluba 2024/2025 mövsümündə Türkiyəli mütəxəssis Erhan Toker baş məşqçilik etməyə başlamışdır. Klub mövsümü 4-cü yerdə baş tutaraq ilk dəfə avrokuboklara vəsiqə qazanmışdır. 2025-ci ildə ad dəyişikliyi ilə "Abşeron Lions" adlandırılmışdır.
"Abşeron Lions" 2025/2026 mövsümündə FİBA Avropa Kubokunda yarışaraq avrokuboklarda debüt etmişdir. Klub I təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşılaşmışdır. İlk matçda rəqibini 89:73 hesabı ilə üstələyən klub cavab görüşündə uduzsa da (60:77), iki oyunun nəticəsinə əsasən FIBA Avropa Kubokunun qrup mərhələsinə yüksəlmişdir. "Neftçi", "Kalev" (Estoniya) və "Trefl" (Polşa) klubları ilə eyni qrupda yarışan komanda qrupda sonuncu yeri tutmuşdur.
Klub 2025/2026 mövsümündə Azərbaycan Basketbol Liqasının finalına yüksəlmiş, finalda "Sabah" klubuna məğlub olaraq ikinci yeri tutmuşdur. 2026-cı ildə adını dəyişdirərək "Landau Lions" adlanmışdır.
Heyət
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan basketbol klubları Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:2022-ci ildə yaradılmış basketbol klubları