Camaldin Ayomide Cimo-Aloba (2 oktyabr 2006, Birminhem, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunda hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Klub karyerası Cimo-Aloba futbolçu karyerasına "Vest Bromviç Albion" klubunun akademiyasında başlamışdır. "Çelsi" klubuna transfer olacağı xəbərlərinin yayılmasına baxmayaraq, 26 avqust 2023-cü ildə o, "Aston Villa" klubu ilə müqavilə imzalamışdır. Transferin qiymətinin təxminən 1 milyon avro olduğu bildirilmişdir. 10 oktyabr 2023-cü ildə Cimo-Aloba klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Cimo-Aloba peşəkar karyerasında debütünü 24 sentyabr 2024-cü ildə "Uikom Uonderers" klubuna qarşı İngiltərə Liqa Kuboku görüşündə etmişdir. O, son dəqiqələrdə meydana daxil olmuş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Milli karyerası Cimo-Aloba İngiltərədə anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır. O, İngiltərə millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Karyera statistikası
+Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolAston Villa2024–25Premyer Liqa000010001020Ümumi karyera000010001020
Uğurları Aston Villa U-21
Birminhem Kuboku: 2023-24
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Vest Bromviç Albion FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları