İdris Əziz oğlu Abbasov () — Azərbaycan şərqşünası və dilçisi; filologiya elmləri doktoru, AMEA-nın professoru, AMEA Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri.
Həyatı 23 mart 1969-cu ildə Şərur rayonunun Qarxun kəndində anadan olmuş və ibtidai təhsilini də burada kənd məktəbində almışdır. 1990-cı ildə qəbul olduğu Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, filoloq, tərcüməçi ixtisası üzrə aldığı ali təhsilini 1995-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur.
Azərbaycan dilindən savayı ərəb, rus, fransız və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.
Elmi fəaliyyəti 2005-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2011-ci ildən dosent, 2013-cü ildən filologiya üzrə elmlər doktoru, 2017-ci ildən isə AMEA-nın professorudur. Sami dilləri, dil nəzəriyyəsi, roman dilləri, türk dilləri, müqayisəli-tipoloji və müqayisəli-tarixi dilçilik, Azərbaycan dilçiliyi və dinşünaslıq sahələrində işləri mövcuddur.
Azərbaycan dili ilə bağlı yazılmış ən mühüm əsərlərdən biri hesab edilən, Mirzə Kazım bəy tərəfindən qələmə alınan Türk-tatar dilinin ümumi qrammatikası () əsərini, habelə Günel Bayramova ilə birlikdə Pietro della Vallenin Türk dilinin qrammatikası () kitabını müasir Azərbaycan dilinə əlavə tədqiqatlar, şərhlərlə birlikdə tərcümə etmişdir.
Biblioqrafiya Müasir dilçilik baxımından ərəb dili funksional sintaksisinin problemləri. Bakı: Yazıçı, 2007, 223 səhifə Dini-elmi-əxlaqi söhbətlər. Naxçıvan: Qızıl Dağ, 2008, 334 səhifə Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət. Bakı: Bakı Çap Evi, 2011, 440 səhifə Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir? (Dinlər və məzhəblər tarixi) Bakı: Zərdabi LTD MMC, 2013, 744 səhifə Ərəbcə-ingiliscə-Azərbaycanca dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Elm və Təhsil, 2016, 140 səhifə (Elnurə Abbasova ilə birgə) Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi. (Azərbaycan dilinin ilk elmi qrammatikası) Bakı: Zərdabi LTD MMC, 2017, 1007 səhifə Pietro della Vallenin "Türk dilinin qrammatikası"nın tərcümə, tədqiq və şərhi. Bakı: Zərdabi LTD MMC, 2020, 1196 səhifə (Günel Bayramova ilə birgə) Latın dili. Bakı: Füyuzat, 2024, 208 səhifə (Günel Bayramova ilə birgə) Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları. Bakı: Füyuzat, 2024, 800 səhifə Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və rasional Por-Royal qrammatikası. Bakı: Füyuzat, 2024, 496 səhifə Silvestr dö Sasinin "Ümumi qrammatikanın prinsipləri" və Amede Joberin "Türk dili qrammatikasının əsasları"nın fransız dilindən tərcüməsi, nəzəri və müqayisəli dilçilik baxımından tədqiqat və şərhi. Bakı: Füyuzat, 2024, 768 səhifə
İstinadlar
Xarici keçidlər Azərbaycan Milli Kitabxanasının elektron kataloqunda "İdris Abbasov"