Tauzar-Nefta Beynəlxalq Hava Limanı (, ) — Tunisin Tauzar şəhərində yerləşən beynəlxalq hava limanı.Tozeur–Nefta International Airport at Office de l'Aviation Civile et des Aeroports (OACA)
Aviaşirkətlər və istiqamətlər Aşağıdakı aviaşirkətlər Tozeur-Nefta hava limanında müntəzəm və çarter reysləri həyata keçirir:
Tarixi Hava limanı Tauzar şəhərindən dörd kilometr şimal-qərbdə yerləşir. Liman 1 noyabr 1978-ci ildə istifadəyə verilmişdir. 14 aprel 2016-cı ildə Tunisair şirkəti vasitəsilə Paris şəhərinə həftəlik uçuşlar bərpa olunmuşdur. 2018-ci ilin qış aylarında həmin şirkət Lyon şəhərinə də uçuşların təşkil ediləcəyini bildirmişdir.. 2019-cu ilin may ayında Tauzar Regional Həmkarlar İttifaqının baş katibi Məhəmməd Ali Hedfi Cerba, Sfaks və Milan şəhərlərindən birbaşa uçuşlar planlaşdıraraq, bölgədə turizm fəaliyyətini dəstəkləmək məqsədilə Tauzar hava limanında uçuşların sayının artırılmasını təklif etmişdir..
Qəzalar və hadisələr 27 may 2023-cü ildə Flight Design CT SW (67BQF) və giroplan havada toqquşmuşdur. Hadisə nəticəsində 67BQF-də olan hər iki şəxs xəsarətlə sağ qalmağa nail olmuşdur. Başqa mənbəyə əsasən, giroplanın qəzaya uğraması və yanması nəticəsində hər iki sərnişin həlak olmuşdur. Hər iki təyyarə 34-cü Tunis Beynəlxalq Hava Qüvvələri Birliyi rallisində iştirak edirdi.
Maraqlı fakt İraq Hava Yollarına məxsus olan iki ədəd Boinq 747 təyyarəsi Körfəz müharibəsindən bəri bu hava limanında saxlanılır. Səddam Hüseyn təyyarələri birinci Körfəz müharibəsindən qorumaq üçün onları bu hava limanına gətirmişdir. Diqqət çəkməmək üçün təyyarələrin orijinal yaşıl rəngi ağ rənglə boyanaraq İraqdan yola çıxmışdır. Onları hal-hazırda hava limanı terminalının yaxınlığında və peyk görüntülərində görmək mümkündür. Bunlar Boinq 747-200C (YI-AGP, c/n 22366) və Boinq 747SP (YI-ALM, c/n 22858) təyyarələridir..
İstinadlar
Xarici keçidlər Tunisian Civil Aviation and Airports Authority (OACA)
Kateqoriya:Tunis tikililəri