Oleq Vladimiroviç Penkovski (kod adı: "Agent Hero"; ; ) — SSRİ hərbi kəşfiyyat orqanı olan QRU-da xidmət etmiş polkovnik idi. 1950-1960-cı illərdə Birləşmiş Krallıq və ABŞ-a SSRİ-nin Kubaya yerləşdirdiyi raketlər və Karib böhranı haqqında məlumatlar ötürmüşdür.

Penkovskinin atası Ağ orduda xidmət edən bir zabit olmuş və Rusiyada vətəndaş müharibəsi zamanı həlak olmuşdur. 1939-cu ildə Kiyev Artilleriya Akademiyasını leytenant rütbəsi ilə başa vurmuşdur. İkinci Dünya müharibəsi və Qış müharibəsi zamanı SSRİ ordusunda döyüşmüş və daha sonra polkovnik rütbəsinə layiq görülmüşdür. QRU zabiti kimi 1955-ci ildə Ankara hərbi attaşesi vəzifəsində Türkiyəyə təyin edilmişdir. Daha sonralar isə Sovet Elmi Tədqiqat Komitəsində işləmişdir. Onun QRU rəisi olan İvan Serov və sovet marşalı Sergey Varentsovla dostluq əlaqələri olmuşdur. Kuba böhranı zamanı SSRİ-nin Kubada olan raketlərini geri çəkməsinin səbəblərindən biri də, Oleq Pendovskinin ABŞ və Böyük Britaniyaya verdiyi kəşfiyyat məlumatları idi. Rusiyada həbs edilmiş Oleq Pendovski vətənə xəyanət ittihamı ilə mühakimə olunaraq edam cəzasına məhkum edilmiş və cəsədi naməlum bir yerdə basdırılmışdır. Ailəsinə isə Moskvada sakit bir formada yaşamağa icazə verilmişdir.Oleg Gordiyevski ve Christopher Andrew (1990). KGB: The Inside Story. Hodder & Stoughton. ISBN 0-340-48561-2; cited from Russian edition of 1999, pages 476-479

Həmçinin bax Kuryer

İstinadlar

Xarici keçidlər

cia.gov The Capture and Execution of Colonel Penkovsky, 1963 Joseph J. Bulik. Oral History, Penkovsky's CIA case officer

'Fatal Encounter' BBC TV documentary 3 May 1991, KGB, MI6 and CIA officers involved with the Penkovsky reveal their stories

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:SSRİ-də güllələnənlər Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:SSRİ kəşfiyyatçıları