Yuxarı Qarxun — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.

Tarixi

Coğrafiyası

Kənd rayonun cənub-şərq hissəsində, Sevcur çayının sağ sahilində, 35px magistral yolunun yaxınlığında, Armavir mərzinin inzibati mərkəzi olan Armavir şəhərindən 37 kilometr cənub-şərqdə yerləşir. Regionun dəniz səviyyəsindən mütləq hündürlüyü 835 metr təşkil edir.

İqlimi

İqlimi yarımsəhra (Köppen iqlim təsnifatında BSk) kimi xarakterizə olunur. Orta illik hava temperaturu 12,4 °C-dir. İlin ən soyuq ayının (yanvar) orta temperaturu −2,7 °C, ən isti ayının (iyul) orta temperaturu isə 25,8 °C-dir. Uzunmüddətli yağıntının təxmini dərəcəsi 285 mm təşkil edir. Ən çox yağıntı may ayına təsadüf edir (48 mm).

Əhalisi Kənddə 1831-ci ildə 885, 1873-cü ildə 967, 1886-cı ildə 991, 1897-ci ildə 1186, 1904-cü ildə 1153, 1914-cü ildə 1304, 1916-cı ildə 893,Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 82–83, 152–153 1918-ci ilin yanvarında 1153 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s. 219 yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayının axırları, mart ayının əvvəllərində kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və sakinlər tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1918–1920-ci illərdə Türkiyənin Sürməli vilayətindən köçürülüb gətirilən ermənilər və yezidi kürdlər kəndə yerləşdirilmişdir.Qafqazda erməni-türk vuruşması (1905–1906), İrəvan, "Sparan Ayvazeansyev Nazareans", 1907. s. 171 Hazırda kənddə ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri