Milçək (, Rom: Eega; , Rom: Naan Ee) — Rejissor Racamaulinin eyni vaxtda iki versiyada — Teluqu və Tamil dillərində çəkdiyi və 6 iyul 2012-ci ildə nümayiş etdirilmiş Hindistan elmi fantastika filmidir. Filmdə baş rolları Nani, Samanta Rut Prabhu və Sudip ifa etmişdirlər. Filmin süjet xətti sevdiyi qızı mühafizə etmək və onu öldürən qatillərindən qisasını almaq üçün milçək kimi yenidən doğulan gəncin həyat hekayəsindən bəhs edir.
Film kassada 1 milyard rupidən çox gəlir əldə etmişdir ki, bu da filmin istehsal xərclərindən təxminən beş dəfə çox olmuşdur. Film Hindistan Milli Film Mükafatları və Filmfare Awards Southda daxil olmaqla bir sıra milli kino mükafatlarına layiq görülmüşdür. Bu film Kann və Şanxay kino festivalları da daxil olmaqla bir neçə kino festivalının proqramına daxil edilmişdir. Film Rusiyada Hindistan TV () kanalında nümayiş etdirilməsi üçün Red Media şirkətinin sifarişi ilə rus dilinə dublyaj edilmişdir.
Rollarda
Nani — Nani Samanta Rut Prabhu — Bindu Sudip — Sudip Devadarşini — Bindunun gəlini Aditya Menon — Sudipin dostu Şrinivasa Reddi — Sudipin şəxsi köməkçisi Hamsa Nandini— Şaşikala, Sudipin biznes şərikinin həyat yoldaşı Şivannarayana Naripeddi — hindu məbədində keşiş Taqubotu Rameş — Pottu Qovindan, oğru (teluqu versiyasında) N. Santanam — Pottu Qovindan, oğru (tamil versiyasında) Dhanrac — Qovindanın dostu (tamil versiyasında) Kreyzi Mohan — veterinar (tamil versiyasında) Sancay Rayaçura — Sudipin biznes şəriki Noel Şon — ''Naninin dostu
İstinadlar
Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Reliance Entertainment filmləri Kateqoriya:Fantastika filmləri