Alina Dorofeyeva () — Rusiyanın Yenisey klubunun və Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının müdafiəçisi kimi çıxış edən rus və azərbaycanlı futbolçu.

Karyerası Alina Dorofeyeva Rusiyada anadan olub.

O, futbol oynamağa Krasnoyarsk 2 saylı Gənclər İdman Məktəbində başlayıb. İlk məşqçisi Nikolay Nepomnyaşiçi olub. 2010-cu ilin əvvəlindən Yenisey İdman Klubunun uşaq komandasında oynayıb. O, regional turnirlərdə qalib olub və komandanın ən yaxşı oyunçusu kimi tanınıb.

2014-cü ildən Yenisey Futbol Klubunun gənclər komandasında çıxış edib. Rusiya birinci liqasının qalibi (2014) və gümüş mükafatçısı (2015, 2016) olub. 2017-ci ildən etibarən isə Yenisey Futbol klubu ilə yüksək liqada çıxış edir.

2015-ci ildə Rusiya gənclər U-17 (17 yaşadək) milli futbol komandasına çağırılıb və doğulduğu ölkəni beynəlxalq səviyyədə təmsil edib. O 17 yaşlılar arasında Avropa çempionatının seçmə turnirində 3 oyun oynayıb.

2019-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib və ölkənin qadınlardan ibarət milli futbol komandasında oynamağa başlayıb.

Beynəxalq qolları No. Tarix Məkan Rəqib Xal Nəticə Turnir 1. 10 noyabr 2019 Zimbru Stadionu, Chișinău, Moldova 1–1 1–3 UEFA Qadınlar Avro 2022-nin seçmə mərhələsi 2. 14 iyul 2023 Jānis Skredelis' stadionu, Riqa, Latviya 1–0 1–1 Yoldaşlıq

Həmçinin bax Azərbaycanın qadınlardan ibarət milli futbol komandası

İstinadlar

Kateqoriya:Rusiyanın qadın futbolçuları Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları Kateqoriya:Rusiya azərbaycanlıları