Ağacqala — Azərbaycan Respublikasının Tovuz rayonunun Ağacqala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Oykonim ağac (taxta) və qala (qurğu, tikinti) sözlərindən düzəlib, "taxtadan tikilmiş, qurulmuş qala" deməkdir. Başqa məlumata görə, əsl adı Ağcaqaladır. Kənd adını sıldırım qayada olan Ağcaqalanın (XIX əsrdən adı çəkilən Kirən qalasının xarabalığıdır) adından almışdır. Toponim ağca (qalanın divarları kirəc və gil məhlulla hörüldüyündən ağımtıl gorunur) və qala sözlərinin birləşməsindən əmələ gəlib, "ağımtıl divarlı qala" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilində kərən "meşə məmulatı, şalban, tir" deməkdir. Bu baxımdan Ağacqala toponimi doğru variant hesab olunmalıdır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993411571842009↘329↘155↘174
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Ağacqala kənd ümumi orta məktəbi fəaliyyət göstərir.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Ağacqala tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Ağacqala kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri