Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa edirlər.

Məzmun Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və İkinci Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 38-39

Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.

Film haqqında Film 1958-ci ildə yenidən redaktə edilmişdir. Film qadağan olunması barədə sənədlər aşkar olunmayıb. Stalinin ölümündən sonra filmdən ayrı-ayrı epizodlar kəsilib götürülmüş və ekrana buraxılmışdır. Filmin orijinal variantının surəti 2001-ci ildə çıxarılıb Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir. Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı bu filmdə yaradılmışdır. Filmə baxış keçiriləndə Mir Cəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdir: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam".

Filmin üzərində işləyənlər Rejissor: Aleksandr Zarxi, İosif Xeyfits, Rza Təhmasib Ssenarist: Qriqori Koltunov, Yevgeni Pomeşşikov Operator: Qavriil Yegiazarov Rəssam: M. Yuferov Bəstəkar: Qara Qarayev

Rollarda M.Gelovani — İ. V. Stalin Mirzəağa Əliyev — Əlibala Mərziyyə Davudova — Anaxanım Nikolay Oxlopkov — Şatrov Rza Təhmasib — Mir Cəfər Bağırov Nəcibə Məlikova — Mirvarid İ. Eloğlu — Fuad Nikolay Kryuçkov — Paramonov Pyotr Arjanov — Qarsiya Serke Kojamkulov — Kadır

İstinadlar

Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 418. Журнал "Искусство кино", № 11, 1995, стр. 173. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80; 107; 113-118. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1950-ci ilin Azərbaycan filmləri 1950-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1950-ci ilin filmləri Kateqoriya:1950-ci ilin Azərbaycan filmləri Kateqoriya:Aleksandr Zarxinin filmləri Kateqoriya:Bakı haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər