Təlli Zeynəbiyyə () — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah.Ale-Ta'mah, Torath al-Karbala, P. 129Where is Tall Zaynabiyya? porsemanequran.com Retrieved 11 Oct 2018Al-Tall Al-Zaynabiyya tasnimnews.com Retrieved 11 Oct 2018 Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir.

Mənası Ərəb dilində təll təpə və ya hündür yer mənasını verirMuhaddith, Farhang-e-Ashura, P. 119 və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır.Zaynab on the top of Tall-Zaynabiyya ashoora.ir Retrieved 11 Oct 2018Tall Zaynabiyya, Hazrat Zaynab tasnimnews.com Retrieved 11 Oct 2018

Mövqeyi Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır.

Tarix Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır.The oldest photo of Tall al-Zaynabiyya mashreghnews.ir Retrieved 11 Oct 2018 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır.

Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.Təlli-Zeynəbiyyə ziyarətgahı yeni görkəmdə — Foto

Qalereya

İstinadlar

Kateqoriya:İraq məscidləri Kateqoriya:Şiəlik Kateqoriya:İslam terminləri Kateqoriya:Kərbəla döyüşü