Karl Haushofer (; ) — alman coğrafiyaşünası və sosioloqu, alman geosiyasət məktəbinin banisi.
Baxışları Karl Haushofer Almaniya Geosiyasət İnstitutunun banisi (1922), 1924–1944-cü illərdə nəşr olunan "Geopolitik" jurnalının (sonradan adı dəyişdirilərək Zeitschrift für Geopolitik edilmişdir) təsisçisi və baş redaktoru olmuşdur.
Haushoferin konstruksiyalarının əsası Maltusçuların "həyati məkan" konsepsiyası idi və o, bu məkanın genişləndirilməsini hər bir dövlətin vəzifəsi kimi görürdü. Bu anlayışlar bir sıra nasist nəzəriyyəçiləri tərəfindən qəbul edilmişdir. Haushofer Hess və Hitlerə həbsdə olarkən ədəbiyyat təqdim etsə də, alim o dövrdə yazılmış Pivə qiyamı Mein Kampfın onun fikirlərini əks etdirdiyini inkar etmişdir.
Haushofer avrasiyaçılığın xüsusi versiyasını — Avrasiya dövlətlərini birləşdirməli olan "Qitə bloku (ittifaq)" (Kontinental blok; , "Berlin-Moskva-Tokio oxu ") hərbi-geosiyasi doktrinasını inkişaf etdirmişdir, məsələn: İspaniya, İtaliya, Fransa, Almaniya, Rusiya və YaponiyaРеферат опубликованный на сайте 5ka.su: "Россия-Япония: состояние и перспективы взаимоотношений". — Qərb anqlosakson dünyasına (Britaniya imperiyası və ABŞ) qarşı Şərqin tarazlığı və alternatividir.Карл Хаусхофер. "Континентальный блок: Берлин — Москва — Токио" .
Nasist Almaniyasında praktikada bu nəzəriyyə təhrif edilmiş və mərkəzi Almaniyanın paytaxtı olacaq ümumdünya Almaniya imperiyasını yaratmaq məqsədilə "Ox dövlətləri" adlanan siyasi blokun təşkilində təcəssüm edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Zəhər ilə intihar edənlər Kateqoriya:Almaniya ali təhsil müəssisələrinin müəllimləri Kateqoriya:Nasist həbs düşərgələri məhbusları Kateqoriya:Almaniya coğrafiyaşünasları Kateqoriya:II dərəcəli "Müqəddəs xəzinə" ordeni kavalerləri Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin müəllimləri Kateqoriya:Ruspərəstlik Kateqoriya:Dini fəlsəfə Kateqoriya:Almaniyada antisemitizm Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları Kateqoriya:Almaniya politoloqları Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:Yaponiyadakı Almaniya qürbətçiləri