"Buxarest doqquzluğu" (Buxarest formatı və ya B9; , , ) — NATO-nun şərq cinahını təşkil edən ölkələr (Mərkəzi və Şərqi Avropanın doqquz ölkəsi) arasında hərbi əməkdaşlığı dərinləşdirmək üçün yaradılmış birlik.
Birliyin tərkibinə Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya daxildir .
Tarixi left|thumb| 22 fevral 2023-cü ildə Varşavada Buxarest doqquzluğunun sammiti Birliyin yaradılması təşəbbüsü ilə ilk dəfə Polşa Prezidenti Anjey Duda və Rumıniya Prezidenti Klaus Yohannis çıxış ediblər. Buxarest doqquzluğunun liderləri ilk dəfə 2014-cü il iyulun 22-də Varşavada görüşdülər və burada Ukraynanın şərqindəki silahlı münaqişəni, habelə NATO-nun Nyuportda keçiriləcək sammitini müzakirə etdilər. Birliyin yaradılması Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişənin nəticəsi idi. Birliyin bütün üzvləri əvvəllər Şərq Bloku və ya Varşava Müqaviləsi Təşkilatının üzvləri olub.
“Buxarest doqquzluğunun”nın rəsmi yaradılması tarixi 2015-ci il noyabrın 4-ü hesab olunur, həmin vaxt NATO-nun şərq cinahının Buxarestdə keçirilən mini-zirvə görüşündə (qrupun adı belədir) “Doqquzluq” liderləri onların hərbi əməkdaşlığının prinsiplərini tənzimləyən bəyannaməimzaladılar.
10 may 2021-ci ildə ABŞ Prezidenti Co Bayden video konfrans vasitəsilə iştirakçılara qoşuldu. Rumıniya prezidenti İoannis daha sonra bəyan etdi ki, rus qoşunlarının Ukrayna sərhədinə yaxınlaşmasını nəzərə alaraq, “ Şərqi Avropa NATO dövlətləri şərq cinahda müttəfiqlərin hərbi mövcudluğunu artırmaq istəyirlər”.
Məqsədləri Buxarest doqquzluğunun əsas məqsədləri:
Rusiyanın fəaliyyətinə qarşı NATO-nun şərq cinahının gücləndirilməsi; Mərkəzi və Şərqi Avropa ölkələrinin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi; Dövlətlər arasında hərbi əməkdaşlığın inkişafı; Şimali Atlantika Alyansındakı ayrı-ayrı dövlətlərin gücləndirilməsi.
İstinadlar
Kateqoriya:NATO Kateqoriya:Beynəlxalq hökumətlərarası təşkilatlar Kateqoriya:Şərqi Avropa Kateqoriya:Mərkəzi Avropa hökumətlərarası təşkilatları Kateqoriya:Avrointeqrasiya