Yoana Palasio Mahmudova – əslən kubalı olan Azərbaycan qadın voleybolçusu. 2010-cu ildə Yaponiyada keçirilmiş voleybol üzrə qadınlararası dünya çempionatında Kuba millisinin heyətində çıxış etmişdir 2011-ci ildə keçirilmiş Pan-Amerika Oyunlarında gümüş medal qazanmış, Ən yaxşı spayker və Ən dəyərli oyunçu seçilmişdir. 2009 və 2011-ci illərdə NORCECA Kontitental Çempionatının bürünc medalını qazanmışdır.
2009–2011-ci illərdə "Siudad Havana" komandasının tərkibində Kuba Milli Liqasının üçqat qalibi olmuşdur. 2015-ci ildə "Rabitə" klubu ilə Azərbaycan çempionatının qızıl medalını qazanmışdır.
Karyerası
2008–2012 Palasio 2008-ci ildə keçirilmiş Kuba Milli Oyunlarında "Sentrales" komandasının tərkibində çıxış etmiş və "Venesuela" komandasına 3–0 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olmuşdur. 2008-ci ildə Kuba millisi ilə NORCECA Kontinental Çempionatının qalibi olmuşdur. O, 2009-cu ildəki Kuba Milli Liqasında "Kapitalinas" klubunda oynayaraq finalda "Serranas" klubuna 3–0 hesabı ilə qalib gəlmişdir. O, 2009-cu ildə Respublikası Prezidenti turnirində Kuba milli komandasının heyətində çıxış edərək turnirin qalibi olmuş, finalda Peru komandasını məğlub etmişdir. 2009-cu ildə keçirilmiş NORCECA Çempionatında ABŞ millisinə 3–2 hesabı ilə qalib gələrək bürünc medal qazanmışdır.
Palasio 2010-cu ildə "Kapitalinas" komandası ilə Kuba Milli Liqasının qalibi olmuşdur. O, dünya çempionatına hazırlaşmaq üçün Peruya səyahət etmişdir. 2010-cu ildə Kuba Milli Oyunlarında "Oksidentales" komandası ilə qızıl medal qazanmışdır. O, 2010-cu ildə keçirilmiş dünya çempionatında Kuba millisini təmsil etmişdir. Komandası turnirdə 12-ci yeri tutmuşdur.
Palasio 2011-ci ildə "Kapitalinas" komandası ilə Kuba Milli Liqasının qalibi olmuş, bəzən libero, bəzən spayker kimi oynamışdır. 2022-ci ildəki Monro Voley Masters turnirində milli komandası ilə gümüş medal qazanmış, Yaponiya millisinə 0–3 hesabı ilə məğlub olmuşdur. O, 2011-ci ildə baş tutmuş Pan-Amerika Oyunlarında milli komandası ilə gümüş medal qazanmış, Ən dəyərli oyunçu və Ən yaxşı spayker adlarını layiq görülmüşdür. Həmin İdman Xronikaçıları Dairəsi və Kuba İdman İnstitutu tərəfindən İlin ən yaxşı Kuba idmançılarından biri kimi seçilmişdir.
Palasio 2012-ci ildə Perunun Lima şəhərində keçirilmiş Latın Kubokunda Ən dəyərli oyunçu və Ən yaxşı spayler olmuşdur. Onun milli komandası qızıl medal qazanmışdır. Tisuana şəhərinə səfər edərək 2012 Yay Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etmişdir. Komandası finalda Dominikan Respublikasının komandasına 1–3 hesabı ilə məğlub olmuşdur. O, turnirin ən yaxşı spaykeri seçilmişdir. Kuba millisinin oyunlara qatılmaq şansı bir daha yaransa da, komanda cəmi 2 oyun udaraq turnirə vəsiqə əldə edə bilməmişdir. Palasio Kubanın U-23 komandasında çıxış edərək həmin keçirilmiş U-23 Pan-Amerika Kubokunda 5-ci olmuşdur. Turnirdən sonra Palasio milli komandadakı yoldaşı Yanelis Santos ilə birlikdə Çinin "Henan Tszinyuan" klubuna keçdiyini açıqlasa da, Çinə gedə bilməmişdir.
2013–2017 Palasio 2013-cü ildə keçirilmiş Pan-Amerika Kubokunda milli komandası ilə 6-cı yeri tutmuşdur. O, 2013 FİVB Qranprisinə komandasının əsas oyunçusu kimi qatılmış, komandası 20 komanda arasından 19-cu yeri tutmuşdur. 2013-cü ildəki NORCECA Çempionatından öncə Kuba Voleybol Federasiyası oyunçunun milli komanda ilə Nebraska ştatının Omaha şəhərinə səfər etməyəcəyini bildirmiş, bunun səbəbini oyunçu ilə yaşanan anlaşılmazlıqla əlaqələndirmişdir.
Palasio 2014-cü ildə Azərbaycanın "Rabitə" klubu ilə müqavilə bağladığını açıqlamışdır. O, 2014–2015 mövsümündə "Rabitə" ilə CEV Çempionlar Liqasında yarışmış, lakin mübarizəni erkən dayandırmışdır. 2015-ci ildə CEV Kubokunda bürünc medal qazanmış, eləcə də, Azərbaycan çempionatının qalibi olmuşdur. Lima şəhərindəki bir dostunu ziyarət edərkən bir taksi onu vurmuş və ayağı zədələnmişdir. 2015–2016 mövsümündə "Voley Bauru" klubu ilə müqavilə bağlamağa yaxın olmuş, lakin sol diz zədəsindən əziyyət çəkmişdir.
Palasio İtaliyanın "Bolzano" klubu ilə müqavilə bağlamağa hazırlaşsa da, Bauruda qalmış və əməliyyat keçirdikdən sonra yerli klubla oynamağı planlaşdırmışdır. Lakin 2016-cı ildə Türkiyənin "Beşiktaş" klubunun təklifini qəbul etmişdir. 2016-cı ilin oktyabrında klubdan ayrıldığını açıqlamışdır. O, bir müddət Çində çıxış etmiş, çıxış etdiyi klubu aşağı liqaya düşməməsində vacib rol oynamışdır. Braziliyanın "Voley Bauru" klubuna keçərək Paulista Çempionatında çıxış etmiş, turnirdə 108 xalla yadda qalmışdır. Klub ona 2017–18 mövsümü üçün də müqavilə təklif etmişdir.
Şəxsi həyatı Palasio 2014-cü ildə Azərbaycanda evlənmiş və Azərbaycan vətəndaşlığını almışdır. Mahmudova soyadını qəbul etmişdir. Boyu 185 santimetr, çəkisi 67 kiloqramdır.
Mükafatlar Fərdi 2011 Pan-Amerika Oyunları – Ən dəyərli oyunçu 2011 Pan-Amerika Oyunları — Ən yaxşı spayker 2012 Latın Kuboku — Ən dəyərli oyunçu 2012 Latın Kuboku — Ən yaxşı spayker 2012 Dünya Qranprisi — Ən yaxşı blokerKlublarla 2009 Kuba Milli Liqası — çempion 2010 Kuba Milli Liqası — çempion 2011 Kuba Milli Liqası — çempion 2014–15 CEV Kuboku — bürünc medal 2014–15 Azərbaycan çempionatı — çempion 2022–23 Yunanıstan çempionatı — çempion
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:2011 Pan Amerika Oyunlarının medalçıları