Katarina Menz () — Almaniyanı təmsil edən cüdoçu.

Karyerası 2021-ci ildə Almaniyanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Çili nümayəndəsi Mari Di Vargasa məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub. Komanda turnirində isə olimpiadanın bürünc medalına sahib olub.

2020-ci il Avropa Çempionatını bürünc medalla, 2022-ci il Dünya Çempionatını isə gümüş medalla başa vurub.

2024-cü ildə Almaniyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Koştaya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.

İstinadlar

Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2020 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Olimpiya bürünc medalına sahib Almaniya idmançıları Kateqoriya:2019 Avropa Oyunlarında cüdoçular