Aqata Harkness () — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən personaj. Yazıçı Sten Li və rəssam Cek Körbi tərəfindən yazılmış personaj, ilk dəfə Fantastik dördlük #94 komiksində (oktyabr, 1969) debüt etmişdir. Güclü cadugər olan Aqata Harkness, Salem cadugər məhkəmələrində iştirak etmiş orijinal cadugərlərdən biridir. Personaj, Frenklin Riçardsın quvernyoru, Fantastik Dördlüyün müttəfiqi kimi təqdim edilmişdir. O, Qırmızı cadugər/Vanda Maksimoffa magiya sənətini öyrətmişdir. Aqata Harkness supercani Nikolas Skretçin anasıdır. Aqata Harkness həm də, "Azadlığın qızları" adlı komandanın üzvü olmuşdur. Əvvəlcə yaşlı qadın kimi təqdim olunsa da, sonradan personaj gəncləşmiş və gücünü artıra bilmişdir.

Marvel Kinematoqrafiya Kainatına daxil olan "Vanda/Vijn" miniserialında (2021) Aqata Harkness personajı aktrisa Ketrin Han tərəfindən canlandırılmışdır. Han, 2024-cü ildə təqdim ediləcək "Hamısı Aqatadır" miniserialında rolunu təkrar edəcək.

Uydurma personaj həyatı

1970-ci illər

Aqata Harkness ilk dəfə Frenklin Riçardsın quvernyoru kimi təqdim edilmişdir. Riçardsı oğurlamağa gələn Dəhşətli Dördlüyü rahatlıqla dəf edən Harkness, Fantastik Dördlük qarşısında etiraf edərək cadugər olduğunu bildirir.Fantastic Four #94. Marvel Comics. Daha sonra, Harkness, Annihilusa qarşı döryüşdə Fantastik Dördlüyə kömək edir.Fantastic Four #109-110. Marvel Comics.

Oğlu Nikolas Skretçin fəaliyyəti nəticəsində, Aqatanın daha əvvəl naməlum olan Kolorado ştatında qurulmuş cadugər koloniyası – Yeni Salemin üzvü və rəhbəri olduğu ortaya çıxır. Şəhəri nəzarəti altına alan Skretç, əhalini inandırır ki, Fantastik Dördlük ilə işləyən Aqata gizli cəmiyyətin sirlərini onlara açmışdır. Nyu-Salem üzvləri Aqata və Frenklini qaçıraraq geri qaytarırlar və məhkəmə qarşısına çıxarmağı planlaşdırırlar.Fantastic Four #185. Marvel Comics. Onları izləyən Fantastik Dördlük Aqatanın Skrteçdən olan nəvələrinin yaratdığı Salem Yeddiliyi adlı dəstə ilə münaqişəyə girir. Fantastik Dördlük Aqata və Frenklini azad edir. Skretçin caniliyi Yeni Salem əhalisinə bəlli olduqda, o, hakimiyyətdən məhrum edilir və başqa reallığa qovulur.Fantastic Four #186. Marvel Comics. Bundan sonra, Aqata, Qırmızı cadugərin sehr müəllimi olaraq, ona cadugərliyin sirrlərini öyrədir.The Avengers #128. Marvel Comics.

Skretç və Salem Yeddiliyi qayıtdıqda Aqata onların dünyanı ələ keçirmək planlarının qarşısını alır.Fantastic Four Annual #14. Marvel Comics.

1980-ci illər

Salem yeddiliyi yenidən Yeni Salemi ələ keçirir. Aqatanı ələ keçirən canilər, tonqalda yandıraraq öldürürlər; lakin, bir müddət sonra, Vanda ilə əlaqəyə keçən Aqata, astral formada varlığını davam etdirdiyini bildirir. Vanda və Salem Yeddiliyi arasındakı döyüşdə cəmiyyətin bütün gücünü sömürən komanda, onlar üzərində nəzarəti itirir. Vanda enerjisinin bir hissəsini ələ keçirərək, Yeddiliyə qarşı istifadə etsə də, bu şəhərin tamamilə dağılmasına səbəb olur. Aqatanın astral formasının məsləhəti ilə, Vanda, enerjinin qalan hissəsini android olan həyat yoldaşı Vijndan hamilə qalmaq üçün istifadə edir.Vision and the Scarlet Witch vol. 2 #3. Marvel Comics.

Vandanın uşaqları qəribə davranış nümayiş etdirməyə (qısa müddətlik itib sonra yenidən peyda olurdular) başladıqda, Aqata, yenidən sağ-sağlam şəkildə peyda olur; sevimli əri ilə yanaşı Vanda həm də psixi stabilliyini itirir; Aqata necə dünyaya qayıtmasını izah etmir.Avengers West Coast #51. Marvel Comics. Mefisto, Qırmızı cadugərin uşaqlarının əslində onun ruhunun parçaları olduğunu bildirir və geri alır, bu zaman, Aqata uşaqlarla bağlı xatirələri Vandanın yaddaşından silir və psixi zədələrin qarşısını almağa çalışır. Lakin, Vandanın, İmmortusun mürəkkəb siyasi oyununa alət olduğunu görən Aqata, həmin xatirələri bərpa edir. Bundan sonra, Aqata İmmortusa qarşı döyüşdə Qisasçılara kömək edir.Avengers West Coast #60–62. Marvel Comics.

İstinadlar

Kateqoriya:Cek Körbi tərəfindən yaradılmış personajlar Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar Kateqoriya:Enerjini manipulyasiya etmək gücünə malik personajlar Kateqoriya:Sehrdən istifadə edən Marvel Comics personajları Kateqoriya:Marvel Comics qadın personajları Kateqoriya:Marvel Comics telepatları Kateqoriya:Marvel Comics cadugərləri