thumb|Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Skandinav Şurası sessiyası (oktyabr 2012-c il) thumb|Təşkilatın 2016-cı ildən əvvəlki bayrağı Skandinav Şurası — skandinav ölkələri arasında rəsmi parlamentlərarası əməkdaşlıq təşkilatı. 1952-ci ildə təsis edilmişdir. Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçdən əlavə Farer adaları, Qrenlandiya və Aland adaları muxtar ərazilərindən 87 nümayədədən ibarətdir. Nümayəndələr öz ölkələrinin və yaxud ərazilərinin parlamentlərinin üzvüdür və bu parlamentlər tərəfindən seçilirlər. Şuranın rəsmi dilləri dan dili, fin dili, island dili, norveç dili və isveç dilidir.
1971-ci ildə şuranı tamamlamaq üçün hökumətlərarası forum olan Skandinav Nazirlər Şurası yaradılmışdır. Şura və Nazirlər Şurası Almaniyanın Şlezviq-Holşteyn əyaləti, Benilüks ölkələri və Baltik ölkələri də daxil olmaqla Şimali Avropadakı qonşu bölgələrlə müxtəlif əməkdaşlıqlar edir.Tobias Etzold, "Nordic Institutionalized Cooperation in a Larger Regional Setting," in Johan Strang (ed.), Nordic Cooperation: A European Region in Transition, pp. 148ff, Routledge, 2015, Offices outside the Nordic Region . Nordic Council of Ministers.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Avropa mərkəzli beynəlxalq təşkilatlar