Moonchild Sanelly (əsl adı: Sanalisive Tvişa; ) — CAR-dan olan müğənni, rəqqas. Yazıb ifa etdiyi mahnılar özünün yaratmış olduğu "Future ghetto funk" üslubundadır. Sanelly xalqındandır və mahnılarında tez-tez bu xalqın dilindən istifadə edir.
Moonchild Sanelly musiqiçi ailəsində anadan olmuşdur. Anası caz ifaçısı, qardaşı hip-hop prodüseri, xalası uşaqları isə rəqqasdır. 2005-ci ildə o, dəb üzrə təhsil almaq üçün Durban şəhərinə köçüb. Orada 6 il yaşayıb, təhsildən əlavə musiqi ilə də məşğul olub. Sonralar musiqi karyerasını davam etdirmək üçün Yohannesburqa köçüb.
O, Texasın Ostin şəhərindəki SXSW və Barselonadakı Primavera Sound festivallarında canlı çıxışlar etmişdir. Bədənini nümayiş etdirməkdən və seks haqqında danışmaqdan çəkinmir. Moonchild Sanelly həmçinin CAR-da formalaşan hip-hop qrupu Die Antwoord ilə Avropa turuna çıxıb. 2020-ci ildə virtual qrup Gorillaz ilə əməkdaşlıq edib. Onun Deymon Albarn ilə ifa etdiyi "With Love To An Ex" mahnısı Gorillaz-ın "Song Machine, Season One: Strange Timez" albomunun delüks versiyasında yer alır.
Diskoqrafiya Studiya albomları
Rabulapha! (2015) Phases (2022)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:CAR musiqiçiləri